Kaya bəy: "Yaxşı gəlir əldə etməyin açarı tanınmaqdır"
Bazar ertəsi, 09 Avqust 2010
![]() Televiziyalar reklam çarxlarından "silkələnirlər". Artıq hamımız sevdiyimiz kinofilmi seyr edərkən reklam bloklarının efirə girməsinə öyrəşmişik. Bunun pis və ya yaxşı olduğunu birmənalı şəkildə demək olmaz. Bəziləri çarxları "çağrılmamış qonaq" kimi qiymətləndirir, digərlərisə, əksinə, reklamı müasir biznes aləminin ayrılmaz atributu adlandırırlar. Doğrudan da, ənənəvi biznes mədəniyyətində reklama ehtiyac olmamışdı. Dəmirçi və dəyirmançı, birincisi, kənddə yaşayır və hamının gözü qarşısındaydılar, ikincisi, onların bazarlarının əhatə dairəsi də məlum idi. Ancaq indi vəziyyət tam başqadır. Müasir bazar ictimaiyyəti bu gün reklamsız keçinə bilməz. Bununla bağlı reklamçıların məşhur aforizmləri də var: reklamsız bizneslə məşğul olmaq qaranlıq otaqda qıza göz vurmağa oxşayır, yəni qıza göz vurmağını səndən başqa heç kim bilmir. Reklamçılıq Azərbaycanda da yeni fəaliyyət növüdür və artıq cəmiyyətimiz gözəl oğlan və qızların keyfiyyətli məhsullardan istifadə etməyin mənfəətlərindən ağızdolusu danışmalarından təəccüblənmirlər. Amma reklama münasibət birmənalı olmasa da, ölkəmizdə onun əhəmiyyətini heç kim azaltmağa çalışmır. Həmsöhbətimiz Kaya bəydir və reklamçı kimi onun reklam mədəniyyəti, reklama ictimai münasibət və digər mövzuya dair məsələlər barədə fikirlərini bilmək oxucularımız üçün də maraqlı olardı. -Kaya bəy, nəyə görə çox adam reklama heç də müsbət münasibət bəsləmir? Taksi sürücüləri də, təqaüdçülər, elə tələbə və müəllimlər də reklama eyni münasibət göstərmirlər. Maraqlısı budur ki, çoxları bunu izah edə bilmirlər. Buna görə də, bizə də maraqlıdır: niyə bir çox insan reklamı sevmir? -Azərbaycanda reklam informasiya mənbəyi kimi yenidir. Amma onun nə olduğunu çoxdan bilirdilər. Buna baxmayaraq, reklama münasibətin birmənalı olmadığı göz qabağındadır. Lakin burada bir məqama diqqət vermək vacibdir: informasiyanı qəbul etmək qabilliyəti hamıda eyni deyil. Bəziləri informasiya hücumuna tab gətirə bilirlər. Digərlərisə məlumatın çoxluğundan şikayət edirlər. Bu mənada efirlərdə reklam çarxlarına tez-tez rast gələn tamaşaçının şikayətlənməsi təəccüblü görünmür. Burada digər vacib amili də nəzərdən qaçırmaq olmaz. Azərbaycan da digər postsovet ölkələri kimi bazar iqtisadiyyatının qaydalarına cəmi 15 ildir uyğun yaşamağa başlamışdır. Fərqli informasiya və dəyərlər sistemində yaşamış insanın çəkinmədən və soruşmadan satıcıların reklam vasitəsilə mallarını təklif etməsini psixoloji təzyiq kimi qiymətləndirməsi də heç kimi təəccübləndirməməlidir. Bazar iqtisadiyyatı şəraitində reklam olmadan məhsulların tanıdılmasını və satışınını təmin edilməsini ağıla gətirmək belə çətindir. Bu gün hamı anlayır ki, yaxşı gəlir əldə etməyin açarı tanınmaqdır. Bu işdə isə reklamın əvəzsiz rolu var. Məhz reklam vasitəsilə istehlakçı lazım olan informasiyanı alaraq, zəruri məhsulu əldə edə bilir. İnsanların reklama yaxşı və ya pis münasibət göstərmələrinə reklam çarxlarının hazırlanması səviyyəsi də təsir edir. Adını çəkmək istəmirəm, amma təəssüf ki, hələ də reklam hazırlanmasında «kustar» yanaşma hiss olunmaqdadır. Bu mənada bir çox reklam çarxlarının hazırlanması səviyyəsinin aşağı olması, əlbəttə ki, ümumilikdə tamaşaçının reklam haqqında mənfi düşünmələrinə şərait yaradır. Mən başa düşürəm, səviyyəni pul müəyyənləşdirir və heç də hamı reklama böyük pul xərcləmək istəmir. Amma anlamaq lazımdır ki, reklam məhsul haqqında ilkin məlumatdır və alıcı əldə etdiyi ilkin məlumat əsasında əlini cibinə atır. Bununla belə etiraf etmək lazım gəlir ki, keyfiyyətli reklam çarxları da efirlərimizdən boy göstərməkdədir. Əminəm ki, zaman keçdikcə digər sahələrdə olduğu kimi, Azərbaycanda da reklam sənəti tez bir zamanda lazımi səviyyə çatacaq. -Amma etiraf etmək lazımdır ki, reklam çarxlarının hücumu intensivləşir və onsuz da informasiya bolluğunda yaşayan insanın bir tərəfdən də səs-küylü, bəzən də anlaşılmaz reklamların hədəfinə çevrilməsi müəyyən psixoloji disbalans yaradır. Efirdə reklam, küçələrdə reklam-plakatları, metrolarda reklam basabası, kafe və mağazalarda hədsiz dərəcədə reklam şəkilləri və bura haralarda hansı və necə reklamların yerləşdirilməsini də əlavə etsək ... vallah adamin başı gicəllənir! Bu məsələyə necə baxırsınız? -Amma etiraf etmək lazımdır ki, reklam çarxlarının hücumu intensivləşir və onsuz da informasiya bolluğunda yaşayan insanın bir tərəfdən də səs-küylü, bəzən də anlaşılmaz reklamların hədəfinə çevrilməsi müəyyən psixoloji disbalans yaradır. Efirdə reklam, küçələrdə reklam-plakatları, metrolarda reklam basabası, kafe və mağazalarda hədsiz dərəcədə reklam şəkilləri və bura haralarda hansı və necə reklamların yerləşdirilməsini də əlavə etsək ... vallah adamin başı gicəllənir! Bu məsələyə necə baxırsınız? -Dediklərinizlə razılaşmaq olar. Doğrudan da, müasir insan informasiya əsrində, mən deyərdim ki, məlumat bolluğundan əziyyət çəkir. Çoxsaylı telekanallar, jurnal və qəzetlər, İnternet, mobil telefonları və s. Bilirsiniz, Şərq bazarına düşmüş qərbli qeyri-ixtiyari olaraq özünü itirir və başı ağrımağa başlayır. Çünki bazarda hər tərəfdən qışqırıq səsi eşidir, bəziləri onun ətəyini dartır, bəziləri onun adət etmədiyi məsafəyədək yaxınlaşırlar. Əlbəttə ki, qərbli belə şəraiti «aqressiv mühit» adlandıracaq və belə qiymət verməkdə onu qınamaq da olmaz. Lakin vəziyyətə satıcının gözü ilə baxsaq, ilkin qiymətləndirməni yenidən nəzərdən keçirməyə ehtiyac yaranacaq. Məsələ ondadır ki, satıcı lap yaxından ötüb keçir və onu saxlamaq, məhz bu məhsulu almağa inandırmaq lazımdır. Başlıca problem də məhz burada meydana çıxır: qonşu satıcıdan necə fərqlənməli və alıcının qiymətli diqqətini necə cəlb etməli? Satıcıya kütlədən fərqlənmək lazımdır və buna görə də, o, qışqırır və lazım gələndə alıcının yaxasından da tutur. Reklam sahəsində də vəziyyət eynidir. Məhsul istehsal edənlərin sayı çoxdur, rəqabət də güclüdür. Qloballaşma da rəqabətə təsirini göstərməkdədir. Belə bir şəraitdə istehlakçının alıcının diqqətini cəlb etməyə çalışmasında qeyri-adi heç nə yoxdur. İstehsalçı anlayır ki, məhsulu satmaq üçün tanınmalı, fərqlənməlidir və reklamsız bunlara nail olmaq mümkün deyil. Buna görə də, alıcı reklam çarxlarının intensivliyini hiss edir. Amma son qərarı, əlbəttə ki, istehlakçı verir. Onun reklama baxmamaq hüququnu heç kim əlindən ala bilməz və bu mənada reklamın psixoloji disbalans yarada biləcəyini ciddi qəbul etmirəm. -Bir iş admi kimi, reklam bazarinda yerinizi harada görürsünüz? -(gülür) Baxir hansi tərəfdən yanaşirsiz. Amma ümumilikdə götürəndə, mən yerimi həmişə elə durduğum yerdə görmüşəm. Belədə isə, fəaliyyət istiqamətimə görə isə, mənim yerim həmişə reklam olunmaq istəyənlərin yanlnda olub. Bu gün Azərbaycanın əksər yerlərində Istanbul Reklam Marketin reklam işlərini görə bilərsiniz. Biz çalışırıq ki, həm sifarişçilər, həm də insanlar bizim gördüyümüz işdən zövq alsınlar. -Konkret olaraq pulunuzu nədən və necə çıxarırsınız? - Öz zəhmətimiz və bacarığımız sayəsində. Bu sahədə biz heç kəsi özümüzə rəqib görmürük. Fəaliyyət sahələrimizsə müxtəlifdir: 1.Mediya reklam 2.Bilbordlar 3.Laytbokslar 4.Plotter çapları 5.Sərgi stendləri 6.Dizayn işləri 7.Promasiyon və geyimlər Bax, sadaladığım bu işlərin yüksək zövq və keyfiyyətlə hazırlanması sayəsində biz pul qazanırıq. -Kaya bəy, demək olarmı ki, reklam mədəniyyətin bir hissəsinə çevrilmişdir? -Bəli, bunu çəkinmədən demək olar. Bilirsiniz, bir çox mütəxəssislər reklama mənfi münasibətin olmasını, qeyd etdiyim kimi, onu hazırlayanların qeyri-peşəkarlığı ilə izah edirlər. Bəzi reklamçılar reklam çarxı hazırlayan yeril auditoriyanın xüsusiyyətlərini nəzərə almırlar. Bir çox ölkədə reklamın kulturaloji konsepsiyası mövcuddur və həmin konsepsiyalarda reklamın tarixi, psixoloji və sosioloji kontekstlərdə nəzərdən kesirilməsi məsləhət görülür. Sözsüz ki, Azərbaycan reklamı professional addımlarını yenicə atmağa başlamışdır. Bununla belə ötən 15 il ərzində ölkə reklamının formalaşmış janrlar sistemi var. Mən şübhə etmirəm ki, zəngin mədəniyyətə malik ölkə kimi Azərbaycanda yüksək reklam mədəniyyətinin formalaşacağı və püxtələşəcəyi gün uzaqda deyil. Sürətlə inkişaf edən ölkədə reklama həmişə böyük ehtiyac olur və bu mənada reklam bazarının da sürətlə inkişaf edəcəyi qaçılmaz prosesə çevrilir. Ümumiyyətlə, mən Azərbaycanın reklam bazarının gələcəyinə nikbinliklə baxıram. Müsahibəni aldı: Dilbər Baxış sayı: 1032 |
Xəbərlər
Bloqlar |