Azərbaycan modeli: "Bunun səbəbini müğənnilər bilər"
Çərşənbə axşamı, 18 Oktyabr 2011
![]() Azərbaycan modeli: "Bunun səbəbini müğənnilər bilər" Model Oksana Rzayevanın Milli.Az xəbər portalına müsahibəsi. - Adətən, "model" deyəndə, onların savadsız olduğunu düşünürlər. Sizcə, bu fikrin formalaşması nə ilə əlaqədardır? - Mən, şəxsən özüm haqda deyə bilərəm ki, ali savadlıyam. Universiteti qırmızı diplomla bitirmişəm. Və hazırda iqtisadiyyat üzrə magistraturanı oxuyuram. Mənim əhatəmdəki modellər də savadsız deyillər. Bir çoxu ali təhsillidir. Biz modellər, üzərimizdə daimi çalışırıq. Əgər model biznesi ilə məşğul oluruqsa, bu, heç də savadsız olduğumuzu sübut etmir. - Model biznesi sizin üçün bir peşədir, yoxsa pul qazanmaq üçün yaranmış bir fürsət? - Ümumiyyətlə, model biznesi mənim üçün bir hobbidir. Qeyd etdiyim kimi, mən iqtisadçıyam. Və təhsilimi bitirdikdən sonra bu ixtisas üzrə işləməyi düşünürəm. Əgər gələcəkdə hər iki peşə üzrə işləyə bilsəm, şad olardım. Lakin məqsədim gələcəyin iqtisadçısı olmaqdır. Pulu bu yolla qazanmaq istəyirəm. - Qız valideynlərinin əksəriyyəti övladlarının model olmalarına etirazlarını bildirirlər. Bəs sizin ailədə heç bir etiraz yaranmadı? - Sadəcə, mənim valideyinlərim, mənə inanırlar. Əsas inamdır. Onların mənə güvənci olmasaydı, indi mən bu peşədə ola bilməzdim. Onlar mənim istək və maraqlarıma hörmət edirlər. Əgər mən bu bizneslə məşğul olub xoşbəxtəmsə, onlar da xoşbəxtdirlər. - Deyilənlərə görə, model biznesində olan hər bir kəsin sponsoru olur, sponsorsuz bu peşədə irəli getmək hec cür mümkün deyil... - Bu, mənim üçün bir peşə olduğundan, mənim sponsora da ehtiyacım yoxdur. Sponsor bu peşədə maraqı olanlara lazımdır. Mənə isə lazım deyil. Mən bu bizneslə məşğul olmuram. Bu günədək özümün və valideyinlərimin sayəsində hər şeyi əldə etmişəm. Sponsorun olmağında isə pis bir şey yoxdur. Sadəcə, hər bir kəsin öz həyat tərzi var. Heç bir kəs kimisə mühakimə edə bilməz. - Sizcə, niyə gənc qızlar bu peşəyə can atırlar? - Qızların buna can atmasında da pis bir şey görmürəm. Əksinə, onlar bu biznesin inkişafında böyük rol oynaya bilərlər. Əgər kənardan bəzi şəxslər imkan yaratsa... - "Bəzi şəxslər" deyəndə kimi nəzərdə tutursunuz? - Mən müəyyən adlar çəkə bilmərəm. Lakin burada şəxsi maraqlar da çox böyük rol oynayır. Azərbaycanda modelliyə peşə kimi yanaşmırlar. - Bizim mentalitetimizə görə, yaşlı nəsil açıq-saçıq geyinənlərə isti münasibət bəsləmir. Siz modellərin isə geyim tərzi bundan ibarətdir... - Kənardan söz eşidəndə hər bir kəsə təsir edir. Amma bəlkə də bu qabaq olsaydı, sizin dediyiniz kimi düşünməyə dəyərdi. Lakin bu gün mən şəhərə çıxanda qızların geyimdə modelləri geridə qoyduğunu görürəm. Şəxsən mən şəhərdə sadə geyimləri tərcih edirəm. Amma gənclərin artıq Avropa ilə uyğunlaşması sevindirici haldır. - Həmkarınız Günel xanım kimi, türkiyəli və ya əcnəbi bir bəylə ailə qurmaq istərdiniz? - Niyə də yox? Əsas o insanın məni başa düşüb xoşbəxt etməsidir. Əgər mən o bəylə xoşbəxtəmsə, onun əcnəbi olmasının heç bir fərqi yoxdur. Əsas odur ki, insan olsun. - Model ilə necə, ailə həyatı qurardınız? Ümumiyyətlə, həyat yoldaşınızın şou-biznes əhlindən olmasını istərdiniz? - Şou-biznesdən olmasını istəməzdim. Mən bu sahədəki insanlara ciddi baxmıram. İstərdim ki, gələcək həyat yoldaşım başqa bir sahənin mütəxəssisi olsun. Mən hələ ki, ailə qurmağı düşünmürəm. İndi mənim üçün birinci yerdə karyeradır. - Şou-biznes əhli kliplərində əcnəbi modellərə üstünlük verirlər. Bunu isə Azərbaycanlı modellərin təcrübəsiz olduğu ilə izah edirlər. - Bunun səbəbini müğənnilər bilər. Əslində bizim modellər əcnəbilərdən geri qalmırlar. - Hansı müğənnini bəyənirsiz? Və kimin klipində təklif alıb çəkilmək istərdiniz? - Tünzalə xanıma çox böyük hörmətim var, istərdim ki, mənə təklif irəli sürülsə, Tünzalə Ağayevanın klipində çəkilim.
Türkan Nadirqızı
Milli.Az
http://milli.az/news/showbiz/73192.html
Baxış sayı: 202 |
Xəbərlər
Bloqlar |