22 May 2012      
RU

Elgiz Əkbər: “Gün ərzində iki yüzdən çox zəng gəlir”

Bazar ertəsi, 05 İyul 2010
Çap PDF faylını al

Elgiz Əkbər ANS – teleşirkətinin aparıcı jurnalistlərindən biridir. Həftədə bir gün ekranda görünür, bir saat tamaşaçıların qonağı olur. Onun bir saatlıq verilişi, çoxlarının illərlə edə bilmədiyini etdi, ən baxımlı proqram reytinqini qazandı. Onun verilişi baxımlı, sevimli və aktualdır. Elgiz Azərbaycan teleməkanında çoxlarının çoxdan gözlədiyi ağır mövzuları ekrana gətirdi. Dərdini bölüşmək arzusunda olan insanlar, məhz Elgizin müəllifi, aparıcısı olduğu verilişə cəsarətlə gəldi, problemini danışdı, gileyli olduğu ünvanların adını çəkdi. Bir saatlıq veriliş həlli çətin olan məsələlərə aydınlıq gətirib, cəmiyyətdən, insanlardan küsənləri elə, Elgizin “Cümə axşamları” verilişinin xətti ilə barışdırdı. Bu dəfəki qonağımız Elgiz Əkbərdir.
- Elgiz televiziyaya gəlməmişdən öncə harada çalışıb?
E. Ə. - Əvvəllər qəzetçi olmuşam. İqtisadiyyatdan yazırdım. Bir çox iqtisadiyyatla bağlı mövzuları analiz edirdim. Turizimin inkişafını necə görürdümsə, elə də yazaraq qəzet vasitəsi ilə təkliflərimi verirdim. Bölgələrə gedir, ən səfalı yerləri gözümlə görür, etnik qruplarla görüşürdüm. Ürəyimdə problem olduğundan bir müddət mətbuatdan uzaqlaşdım. Uşaq vaxtı turnikdən yıxılmışdım, özü də üzü üstə daşın üstünə düşdüm. Valideyinlərim məni müalicəyə apardı, müalicəm bir ilə yaxın çəkdi. Hiss etdim ki, mətbuatdan ayrı qala bilmirəm. Mədəniyyət və şou- biznesdən yazmağa başladım. İmzam göründükcə, məni yenidən tanımağa başladılar. Şou-biznes yazarı kimi maqazin proqramlarına dəvətlər aldım. Günlərin bir günü...
- Sizi ANS teleşirkətində görməyə başladılar...
E. Ə. - Bəli. Mirşahin müəllim məni televiziyaya dəvət etdi. Onda “Bağlama” verilişi gedirdi. Verilişin reytinqi də yüksək idi. Təklif etdi ki, “Bağlama” nın yaxşı aparıcıya ehtiyacı olduğunu söylədi .Sevincək razılaşdım. Teleşirkət mənimlə müqavilə bağladı.

- Bəlkə “Elgizin Cümə axşamları”ndan danışaq? ANS- in bir çox sevilən verilişləri var ki, onlardan biri də “ Elgizin Cümə axşamları “ dır.

E. Ə. - Verilişin əsas ideyası verilişin rejissoru Səadət Məmmədova tərəfindən gəldi. Bəyəndim. Layihəni hazırlayıb, televiziyanın rəhbərliyinə təqdim etdim. Razılıq verdilər, bir illik müqavilə bağlandı.
- “Elgizin Cümə axşamları”nı tamaşaçılar çox müzakirə edirlər. Müzakirələrin bir hissəsində də təriflənirsən, məlumun olsun ki, adın qalmaqalda da hallanır.

E. Ə. - Təbiidir ki, hər mövzu tamaşaçının ürəyincə olmur. Mövzu var ki, tamaşaçı özünü orada görür və narahat olur. Sizcə nə etməlidir? Telefonuma gün ərzində iki yüzdən çox zəng gəlir. Gələn hər zəngdə də mənə sağ ol demirlər. Təhqirlər də olur, tənqidlər də, deyərdim ki, qorxudanlar da. Bəzən qabağımı kəsib, bir yumşaq tərzdə iradlarını da bildirirlər.

oBiz - Elgiz bazara gedir?
E. Ə. - Bağlama verilişi bağlanana qədər getmişəm. “Elgizin Cümə axşamları” verilişi başlanandan sonra yox.
- Qonaq getməyi sevirsən?
E. Ə. - Dəvətli yerlərdən qalmıram
- Ailədə necə nəfərsiniz?
E. Ə. -Atam, anam, mən və qardaşım. Qardaşım hal-hazırda Rusiyada yaşayır. Kiçik bizneslə məşğul olur
- Evlənmək istəmirsən?
E. Ə. - Hazırlaşıram!

- Sevdiyin qız var?

E. Ə. - Var! İxtisasca həkimdir. Ailəcə dostumuzdur.
- Qısqancsan?
E. Ə. - Ancaq qədərində! Gələcəkdə həyat yoldaşımın işləməsinə icazə verəcəyəm.
- Aldığın əmək haqqından valideyinlərinə verirsən?

E. Ə. - Müəyyən hissəsini verirəm. Anam çox vaxt götürmək istəmir. Mənə pul lazım olanda verdiklərimi bir dəfəyə alıram.
- Ənənəvi sualım, şou biznesdə kimlərin imici xoşunuza gəlmir?
E. Ə. - Toylar kraliçası layihəsində iştirak edən müğənnilərin birinin də geyimini bəyənmirəm!
Söhbəti apardı : SARA
Foto: ANSPRESS



Baxış sayı: 1046

ARXIV

< İyul 2010 >
Bz. Çr Çr Cm. Şn Bz
      1 2 3 4
6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31  

Brenks,yoxsa Smit?

67%
33%

Məhəbbət...

71%
0%
14%
14%