22 May 2012      
RU

Tam sərbəst düşüncələr...

Bazar ertəsi, 05 İyul 2010
Çap PDF faylını al

Maraqlı hadisələr insanın uşaqlığında baş verir. Çox qəribədir ki, uşaqlar müdrik olurlar. Heç nə oxumadan, həyatın müxtəlif sınaqlarına üzbə - üz gəlmədən...
Fikir vermişəm, 40 gün uşağın yanına heç kimi buraxmırlar. Qohumlarda bunu müşahidə etmişəm. Bəzən atası gələndə belə uşağa pis təsir edər deyə, onu istəyirlər bir az kənarda saxlasınlar. Məncə onlar həmin ərəfədə mələklərlə danışırlar. Həmin 40 gündə körpələr əllərini göyə atır, bir nöqtəyə baxırlar. Özü də necə nüfuzedici baxışları olur... Adam onların gözlərinə baxa bilmir...
Həyat getdikcə insanın qayğıları çox, əməllərisə müxtəlif olur. Yəni o, yavaş- yavaş həmin uşaqlıqdan ayrıldıqca öz ilkin məsumluğunu ömür boyu təəssüf ki, xərcliyiə-xərçliyə gedir. Məşhur rus rejissoru Tarkovskinin maraqlı bir sözü var. O deyir ki, ən güclü adamlar ömrünün sonuna qədər, uşaq əminliyini, arxayınlığını, özünə inamlığını, əminliyini və intuitiv fəhmini sədaqət hissi ilə saxlayanlardır . Mən bu baş sədaqət hissini saxlayıramsa, deməli həyatım alınıb...!
Öz maraqlı düşüncələrilə məşhur tele-jurnalist, ssenarist RAFİQ HƏŞİMOV “oBiz” saytının qonağı oldu.
- Bir az uşaqlığınızdan danışaq.
- Mənim doğum haqqında şəhadətnaməmdə imzalar çox maraqlıdır. Nənəm Ucar rayonunda kənd sovet sədri idi. At belində gəzən , yaşasın Stalin, Varaşilov qışqıran köhnə arvadlardan olub. Kənd sovet sədri kimi. İkinci imza isə onun katibinə aiddir ki, o da dayımdır. ..
Mənim də uşaqlığım Güzdəkdə keçib. Uşaqlığımda çox maraqlı şeylər olub. Kənd yerində böyümək adama çox şeylər verir. Mən kənddə kəndçi uşağın görəcək bütün işlərini görmüşəm. Açığını deyim, mən bundan ləzzət alıram. Filmlər üçün ssenari yazanda, yaxud da ki, adamlarla ünsiyyətdə olanda, müxtəlif təbəqəni təmsil edən adamlarla söhbət edəndə mən çox sevinirəm. Mən o kəndin təzə iyini bilirəm. Bilirəm ot biçmək nə deməkdir, mən ömrüm boyu yadımda qalacaq bədənimdə də o iz qalıb. Oraqnla ot biçəndə, yonca biçəndə, əlimin altından ilan kedi. Və ... bax, burdan (əlini göstərir ). Velosipedlə qoyunlara ot daşıyırdım. Səhər tezdən nənəm yuxudan oyadırdı. Mənə deyirdi ki, 2 saat get məktəbə qədər qoyunu otar. Mənsə kitabımı götürüb, sırıqlı geyinib, cübbə gedirdim. Mən orada bir az oxuyurdum, səhərin şehli qoxusu, orda uzanırdım kitabı üzərimə qoyub yatırdım. Bir də ayılırdım ki, qoyunlar yoxdur. Təbii ki, onlar evə gəlirdilər. Deyirlər, qoyunların ağılı yoxdur, amma sizə deyim ki, onlar evi tanıyırdılar. Mən də onların dalınca gedirdim. Nənəm də məni danlayırdı: “Sən 10-15 dəqiqə yatmısan onlar da gəliblər”. Ceyran adlı bir qoyunumuz vardı, o bizə hər il İsmayıl qurbanı verirdi. Onun hər il bir quzusu olurdu. Özü də erkək. Bilirsiz, uşaqlıq müşahidələrim mənə sonradan yazmaq üçün əla materiallar verdi.
Bir müşahidəmi deyəcəm.
Təsadüfən torpaqda qəribə bir şey gördüm. Qara böcək arxa-arxaya, qabaq ayaqlarını yerə verib özündən 5-6 dəfə böyük yumurladığı təzəyi yuxarıya doğru qaldırırdı. Günün günorta vaxtı idi. Bundan diqqətimi çəkmirdim. Kitab- zad qalıb kənarda. Böcək 3-4 saat ərzində 2 metr yol getdi. Nəyəsə ilişir -geri dığarlanır, gedir onu götürür və təzədən qaldırmağa başlayır. Sonra mən onu “Qırınca” hekayəsində yazmışam. Mən illər keçəndən sonra, artıq 13 yaşından 20 il keçəndən sonra anladım ki, insan həyatı elə bundan ibarətdir.
Sonradan balaca Rafiq öz arzularının əksinə gedərək , valideyinlərinin - konkret olaraq, atasının arzusunu yerinə yetirir. Kənd adamlarının “...İl-ildən agır gəlir. Bir yerə qoy ki, bir sənət sahibi olsun!...” sözləri düşünən Rafiqin həyatını bütünlüklə dəyişir”.
- Mən oxumağı çox sevirdim Güzdək çox palçıqlı idi. Amma mən həmişə səliqəli və təmız geyinməyi sevirdim. Dərsə gedəndə də, dərsdən qayıdan da, sanki o palçıqlı Güzdəyin yollarından keçmirdim. Nə paltarım, nə də ayaqabilarım palçığa bulaşırdı. Buna hamı təəccüblənirdi. Amma hami kimi dərsdən də qaçırdım, futbol da oynayırdım, uşaqlarla Ceyranbatanda çimərdik və meşəyə meyvə oğurluğuna da gedərdik. Amma bütün bunlara baxmayaraq, mən dərslərimi də əla oxuyurdum. Bizdə məktəb 8 illik idi. Mən məktəbi fərqlənmə ilə bitirdim. O vaxtlar fərqlənmə ilə qurtaranları texnikoma imtahansız qəbul edirdilər. Mən çox ağladım , sızladım atama dedim ki, məni 10 illiyə qoyun. “Mən də gərək Biləcəriyə gedib gəlməliydim. Mən oxuyacam. Söz verirəm. Mən oxuyub incəsənətə girəcəm”. O zaman bir müəllimim vardı- Fəridə Şaxtaxtinskaya. Rus dilindən dərs deyirdi. Kənd adamları bir-birini tanıyır. O dedi ki, “Sənin atan fəhlədir, ola bilsin instituta girə bilmədin, birdən hansısa vəsait tələb olundu”. Atam onun sözünə çox əhəmiyyətlə yanaşdı, gördüm mənə qulaq asmaq istəmirlər. Dedim ki, onda heç olmasa kitabxanaçılıqda mədəni- maarif fakultəsi var. Heç olmasa ora gedim. Atam razılaşdı. Getdik , amma məlum oldu ki, kitabxanaçılıqda ixtisas 10 illikdir. Mənim qarşıma şalban qoyuldu. İndiyə kimi yadımda idi. Atam dedi ki, “Bala, nə istəyirsən?”. Dedim ki, “10 illik istəyirəm”.
O gün yadımdadır-12 iyun. 39 nömrəli avtobusla 20 Yanvar dairəsini dövrə vurub keçəndə, -Şərifzadə küçəsində rabitə texnikomu vardı-, onu gördüm. Atama dedim ki, burada nəsə var. O zaman da fərqlənmə ilə gələn çox az adam olurdu deyə olanları da direktorun özü şəxsən qəbul edirdi . Girdik onun yanına, direktor mənə dedi ki, “Nə bilirsən?”. Mən də bütün fənləri yaxşı bilirdim. Həndəsədən, cəbrdən məsəl, misal verdi. Mən də həll edirdim. Kvadratlar tənliyini mən şifahi həll edirdim. Və beləliklə, mənə “... dur get, avqustun 31 gəlib tələbə biletini alarsan”. Çıxmışıq bayıra, atam sevinir. Oğlu artıq tələbədir. Fəhlə adamdır. Gəldik. 24 iyundu. Bərk əsəbiyəm. Yadımdadır, hələ uşaq vaxtından saçımı qırxdırmağa qoymamışam. Atama dedim ki, “Başımı ülgüclə qırx”. Təəccübləndi. Amma qırxdı. Götürdüm velosibedi, dəftər qələmimi və bir də bir az çörək, getdim gəzməyə, amma evdə ağlayırdım, hirsimdən həmin gün atama uşaq şeiri yazmışdım.
“Amma incəsənətə meyli olan Rafiq oxumağa musiqiyə girir. Texnikomda 2-ci kursda oxuyanda artıq onun 2 tələbəsi olur. Musiqidən dərs deyirdi. Tələbələrindən birinin 24 yaşı, birininsə 17 yaşı var idi. Tələbələrindən biri Qərbi Azərbaycandan olub. “Texnikomu qurtarırdım o da idmançı idi. Tələbəsi xahiş edir ki, ona üç mahnı öyrətsin: Hopustop, Vağzalı, bir də Tərəkəmə. Sən demə, gəlin gətirmək üçün musiqiçi yoxdur. Gedib orada pul qazanacaq. Bu xatirələri gənc Rafiq ləzzətlə xatirlayır. Artıq arzuları ilə görüşən Rafiqin yoluna indiyədək sevdiyi və çalışdığı televiziya ilə başladı. Montajçı vəzifəsindən tutmuş, diktor, ssenarist və rejissor kimi həm çətin, həm də məsuliyyətli işləri görüb və görür. Hazırda Azərbaycan Dövlət Televiziyasında çalışır”.
SAXLA SAMANI, SORĞU- SUAL ZAMANI...

- İndi isə suallarımızın vaxtıdır. Nəyi, ya da nələri ailənin düşüncə tərzinin ən vacib göstəriciləri hesab edirsiniz?
- İnsanın həyatı çox qısadır. Yaxşı ki, adamlar ölürlər. Ölməsəydilər, daha da pis olardı. Mən ciddi deyirəm. İnsanlar çox şey ixtira edə bilirlər. Yaradan bilir. Onun yaşaması üçün qayda qanun yaradır. Ən çox xoşladığım, yəni arzuladığım ailələrdə, adamlarda, insani keyfiyyətlərin qorunub saxlanmasıdır. Mən bu çür yanaşıram. Dostlarla sədaqətli olmaq, uşaqlara hörmətlə yanaşmaq, insanların qəbul olunmuş mənəvi-əxlaqi dəyərlərə söykənərək yaşamaq.
“Obiz” - Rafiq müəllim, hər kəsin həyatında ən mühüm hadicələrdən biri də toydur. Sizcə, adamlar ailə həyatı qurarkən, nə üçün toy edirlər? Ümumiyyətlə, evənərkən toy neçənci şərtdir?
- Toy bilirsiz nədir? Dostları, tanışları qohumları bir yerə yığmaq və sanki onlara öz izdivaclarının baş tutduğunu təqdim etmək, sevinmək vasitəsidir. Normal yanaşıram. Əlbəttə ki, müasir dövrdə bir qədər toylarda səsli-küylü olur. Adamlar bir-birini eşitmirlər. Özüm çox gec evlənmişəm- 40 yaşımda. Çalışırdım qarmaqarışıqdan qaçım. Adamlar gəldilər. Bir-birini eşitdilər. Stol arxasında çox səs - küy yox idi. Ürəyi istəyən oyunayırdı. Ən əsası odur ki, toyda hamı bir-birini tanıyırdı. Mən sadəcə onu deyə bilərəm ki, heç kim toydan getmək istəmirdi (gülür). Hamı sonacan mənimlə birlikdə oturdu və mənimlə birlikdə də çıxdı.
- Sizcə evlilik insana nə verir və onu nədən məhrum edir?
– Mən fikirləşirəm ki, insan evlənmək vaxtı catanda onu daxilən hiss edir. Əlbəttə müəyyən çərçivə olur. Əslində bu pis çərçivə deyil. Məsuluyyət hissi artır. Sonra bir az ütülənmiş həyat olur və aldığı şey bir az azadlıq ola bilər. Bilirsiniz, insan bir-birini qəbul edirsə, onu olduğu kimi qəbul eləməlidir, müəyyən şərtlərlə yox!
- Bizə arzularınız?
- Sizə yalnız maraqlı əhvalatlar arzu edərdim. Çünki siz, ailələrin əhvalatlarını qurursunuz. Sizə uğurlar.
Söhbətləşdi: Dilbər



Baxış sayı: 820

ARXIV

< İyul 2010 >
Bz. Çr Çr Cm. Şn Bz
      1 2 3 4
6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31  

Brenks,yoxsa Smit?

67%
33%

Məhəbbət...

71%
0%
14%
14%