22 May 2012      
RU

“ İstiot ” la istiotsuz söhbət

Çərşənbə axşamı, 11 May 2010
Çap PDF faylını al

 

Müsahibimiz “İstiot” jurnalının əməkdaşı Zülfiyyə Qurbanovadır.

Çoxları Zülfiyyə xanımı şou biznesdən yazan xanım kimi tanıyır . O, bunu qəbul etməsə də, bizlər onu. o insanların ətrafında görür, onlarla olan münasibətlərə rast gəlirik. Lakin, başqa şou biznes yazarlarından fərqli olaraq o qalmaqallardan uzaqdır, məqsədli yazılar yazmır. Müəllifi olduğu müsahibələrinin hər birinə özünü cavabdeh sayır. Kənardan eşitdiyi. bir ucu yalana bağlı olan suallardan uzaqdır. Nə yazsa, çalışır real hadisələrə istinad etsin. Bu günlərdə Zülfiyyə xanım Respublikanın Xalq artisti, millət vəkili Zeynəb Xanlarova ilə olan maraqlı müsahibəsi hamının diqqətini cəlb etdi. Sevil Nuriyevanın dəvəti ilə ANS teleşirkətinə gələn Zeynəb xanım, vaxt tapıb Zülfiyyə xanıma da müsahibə verir. Müğənni xanımın tanıdığı, qələminə hörmət etdiyi bir neçə şou yazarları var ki, onlardan biri də Zülfiyyə xanımıdır. Məhz bunun üçündə o, müsahibəyə razılıq vermişdi.

Nida - Necə oldu şou biznesdən yazan yazarlardan biri oldunuz?

Z. Q. - Əslində məni sosial yazıların müəllifi kimi tanıyırdılar. Bir dəfə tədrislə bağlı bir material hazırlamışdım. Getdiyim məktəbdə problemlər başdan aşırdı. Araşdırma apardım , ən xırda nüanslara da qorxmadan toxundum . Material qəzetə getdikdən sonra qəzetin nəşrini müvəqqəti olaraq saxladılar. O gündən profilimi dəyişib, şou biznesdən yazanlardan biri oldum.

Nida - Bəzən, zövqü, ifası aşağı olan müğənnilərlə müsahibəyə rast gələndə oxucunun, tamaşaçının müəllifə yazığı gəlir.

Z. Q. - Mən jurnalist səviyyəmi şou biznes səviyyəsinə endirməmişəm. İndiyə qədər şou biznesdə olan Rəksanə kimisinə diktafon uzadıb, ondan müsahibə almağı özümə rəva bilməmişəm. Ancaq sənətkarlardan yazmışam.

Nida - Qazancınız sizi qane edir?

Z. Q . - Başqa media işçilərindən fərqli olaraq mənim əmək haqqım yüksəkdir. Mobil telefondan , maşından iş vaxtı pulsuz istifadəni iş yerim təmin edib. İnanmıram Azərbaycanda varlı jurnalist olsun. Varsa o düzgün yolla qazanmır.

Nida - Televiziya aparıcısı olmaq arzusuna düşmüsünüz?

Z. Q. - Əslində yox deyirdim .Amma sosial problemlər qoyulan .Ən çoxda qadın problemləri qoyulan verilişdə aparıcı olmaq istərdim. Çünki efirin təsir güclü, efirdə deyilən söz daha çox yerini tapır. Bu müsahibədən sonra həmkarlarım məni efir xəstəsi kimi tanımasın. Sadəcə hər hansı bir problemin həlində özümü görmək istərdim.

Nida - Kifayət qədər tanınan Zülfiyyə xanıma qohumu - əqrabası hansısa işinin reallaşması üçün müraciət edib?

Z. Q. - Elə bilirlər mən hər şey edə bilərəm.Bu hallarda kimə isə ağız aşmışam

Nida- Yönəltdiyiniz hansı sual şou biznes adamlarını qıcıqlandırıb?

Z. Q. - Hərbi xidmətdən yayınan kişilərə hərblə bağlı sual verəndə sualdan yayınıblar. Səbəblər gətirməklə özlərini haqlı sayıblar.

Nida - Vahid Mustafayevlə tez-tez rastlaşırsınız?

Z. Q. - Hər gün üz-üzə gəlirik. Ciddiliyi və qəqiqliyi sevən adamdır. ANS – də Vahid müəllimin nəzarəti olmadan, heç bir material nə çapa, nə də efirə gedir.

Nida - Neçə övladınız var?

Z. Q. - Bir oğlum, bir də qızım var.

Nida - Şou biznes yazarı olaraq, imicini, zövqünü bəyənmədiyiniz müğənni kimidir?

Z. Q. - Aygün Kazımova az hallarda zövqlə geyinir. Brilyant Dadaşova isə mənim üçün bir dənədir.

Nida - Hələlik bu qədər.

Z. Q. - Bəli, bu qədər.

Söhbəti apardı - SARA

 

 



Baxış sayı: 813

ARXIV

< May 2010 >
Bz. Çr Çr Cm. Şn Bz
          1 2
3 4 5 6 7 8 9
10 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31            

Brenks,yoxsa Smit?

67%
33%

Məhəbbət...

71%
0%
14%
14%