22 May 2012      
RU

Aydın Mirzəzadə: “Ailəni qoruyub saxlamaq Azərbaycanda da çox aktual məsələdir”

Çərşənbə axşamı, 11 May 2010
Çap PDF faylını al

Azərbaycan mədəniyyətinin çoxəsrli tarixi və eyni zamanda fundamental tarixin sınağından keçmiş dəyərlərə söykənməsi onun aşılanmaya az məruz qalmasına səbəb olur. Cəmiyyətimiz bu gün o dəyərləri qəbul edir ki, o mədəniyyətimizin daha da parlamasına şərait yaradır. Hesab etmək olar ki, Azərbaycan həmin dəyərlərin qəbuluna açıqdır və bu prosesdə biz də maraqlıyıq. Elə bu maraq da bizi millət vəkili və ən nəhayət, gözəl ailə başçısı Aydın Mirzəzadə ilə görüşüb söhbətləşməyimizə səbəb oldu.

Nida-Azərbaycan Avropa Şurasının üzvüdür. Ötən müddət ərzində Azərbaycanda bir sıra hüquqi-siyasi islahatlar aparılıb. Həyata keçirilmiş islahatların Azərbaycan ailəsinə təsiri barədə nə deyə bilərsiniz?

A.M- Avrora Şurasına üzvlük artıq bu ölkənin öz daxili həyatını Avropa dəyərləri ilə quracağı və Avropa ölkəsini tərəqqiyə aparan prinsiplərin Azərbaycana təqdim olunacaq beynəlxalq öhdəliyi deməkdir. Azərbaycan bu öhdəlikləri tam dərk edir və bizim maraqlarımıza cavab verən bir addımdır. Avropa Şurasını bəzi hallarda sırf siyasi təşkilat kimi qəbul edirlər, ancaq təşkilatın apardığı siyasət ümumən dövlətin demokratik olmasına, cəmiyyətdə bərabər şəraitin yaradılmasına və ailə faktorunun güclənməsinə xidmət edir. Ailənin isə möhkəm və eyni zamanda xoşbəxt olması vacibdir. Ailə üzvlərinin işlə təminatı, onun təhsil alması və eyni zamanda istirahəti, sağlamlığı və məşğul olması-bax, bu adını çəkdiyim istiqamətlər üzrə məsələlər daima Avropa Şurasının diqqətindədir. Qeyd edim ki, Avropa Şurasına üzvlük Azərbaycanın ilk növbədə müasir dövlət qurmaq istəyindən irəli gəlir və bu istiqamətdə çox işlər görülür. Bundan sonra da görüləcək. Avropa Şurasına üzv olmaq Avropa dəyərlərini Azərbaycana gətirmək deməkdir.

Nida-Avropa mədəniyyətinin Azərbaycana təsiri böyükdür. Bu təsirin müsbət cəhətlərini sadalaya bilərsinizmi?

A.M- Qeyd edim ki, Azərbaycan həm öz qapılarını dünyaya açıb, eyni zamanda özünün tarixi mədəni, iqtisadi dəyərlərini dünyaya öz gücündə təsir etməkdədir. Bunlar qarşılıqlı proseslərdir. Mədəniyyətlər təmasdadır. Mədəniyyətlər durmadan bir-birinə təsir edir və yaxşıların yaxşısını götürür. Azərbaycan mədəniyyətinin çoxəsrli tarixi və eyni zamanda fundamental tarixin sınağından keçmiş dəyərlərə söykənməsi onun asılanmaya az məruz qalmasına səbəb olur. Bu o demək deyil ki, hansı bir mədəniyyətlə təmasda Azərbaycan təslim olur, özünün bütün dəyərlərinin üstündən xətt çəkərək, yenidən ağ kağız üzərində başlayır. Cəmiyyətimiz bu gün o dəyərləri qəbul edir ki, o mədəniyyətimizin daha da parlamasına, daha da zənginləşməsinə kömək edir. Bu istiqamətdə hesab edirəm ki, Azərbaycan həmin mədəniyyətlərin qəbuluna açıqdır və bu prosesdə biz maraqlıyıq. Mədəniyyət, əlbəttə, tək incəsənət deyil. Harada olmağımızdan asılı olmayaraq, əsas prinsipimiz ondan ibarətdir ki, milli mədəniyyəti qorumaq lazımdır. Bu istiqamətdə Azərbaycanda işlər gedir. Öz mədəniyyətini dünyaya tanıtmağı bacarmaq lazımdır. Bundan başqa, universal mədəniyyət var ki, bu xalqa, regiona bağlı olan məsələ deyil. Məsələn, bu gün simfonik və estrada musiqi janrının inkişafı, modanın inkişafı, dizayn, tərtibat, təbiətin qorunması- bunların hamısı unversal anlayışlardır. Bu istiqamətdə Azərbaycanın verdiyi öz töhvəsi var. Hesab edirəm ki, bunlar Azərbaycanın qəbul etdiyi müsbət cəhətlərdir.

Əlbəttə, açıq cəmiyyətdə müsbət amillərlə yanaşı, neqativ amillərdə var və bu neqativ amillər digər ölkələrə də təsir edir və biz elə bir sistem qurmağa çalışırıq ki, bu sistem onlara qarşı özünün bütövlüyünü qoruya blsin və onların təsirinə qarşı müqavimət göstərsin. Bu gün telekanalların üzərində senzuranın olmaması və açıq şəkildə onların izlənməsi, əlbəttə ki, böyüyən gənc nəslə təsir edir, bununla belə Azərbaycanda mövcud olan güclü ailə faktoru həmin təsiri azaldır. Hər həlda bu müstəqillik dövrü həmin o neqativ təsirə müqavimət sisteminin yaranmasına kömək etmişdir. Nida- Azərbaycan ailəsi çoxuşaqlığıyla tanınıb. İndisə bu tendensiya demək olar ki, müşahidə olunmur. Bunu Avropadan əsən küləklərlə izah etmək olarmı? A.M.-Mən deməzdim ki, bu təkcə Avropanın təsiridir. Avropada uşağa, gəncə, körpəyə böyük diqqət, qayğı var. Hələ biz çox şeyi öyrənməliyik. Bunun bir çox səbəbləri var. İqtisadi səbəbləri var. Digər tərəfdən ailə fəlsəfəsini hələ istədiyimiz qədər təbliğ edə bilmirik. Bu gün haradasa Kütləvi İnformasiya Vasitələrində çox uşaq böyütmüş bir Fatmanisə nənənin təbliğindənsə, ərə getməmiş, açıq- saçıq həyat tərzi keçirən qadın təbliğ ediləndə, hansı dəyərlərin daha vacib olduğu sualı ortaya çıxır. Çox təəssüf ki, çoxuşaqlı ailələr dövrü artıq arxada qalıb. Hesab edirik ki, uşaq evin gözəlliyidir. Nə qədər uşaq çox olarsa, bir o qədər ailə gözəl görünür. O gəncliyini daha da çox qoruyub saxlayır. Bir qədər incə məsələdir. Şübhəsiz ki, bunu araşdırmağa və müxtəlif fikirlər eşidilməsinə ehtiyac var.

Nida-Avropanın ailə dəyərlərinin Azərbaycanda möhkəmlənməsini necə qiymətləndirirsiniz? Ümumiyyətlə, Azərbaycan ailəsində baş verən son dəyişikliklərə münasibətiniz necədir?

A.M-Qeyd edim ki, Azərbaycan və Avropanın ailə dəyərləri, demək olar ki, oxşardır. Müəyyən fərqli cəhətlər ola bilər. Din faktorunda da müəyyən fərq ola bilər. Amma Azərbaycanda ailə insitutu cəmiyyətdə çox güclüdür. Ailənin uşağı olmur. Qadının uşağı olmadığına görə Avropada boşanmaq yoxdur. Bunu Avropanın ən üstün cəhəti sayıram. Onillərlə birlikdə yaşayırlar. Ailəni dağıtmaq söhbəti yoxdur. Eyni zamanda, əlbəttə ki, ailə üzvlərinin hər birinin öz yeri olan məsələləri var. Amma ailəyə münasibət həm Azərbaycanda, həm də Avropada ümumən eynidir. Düzdür, forması bir qədər başqa cür ola bilər. Ailə institutu orada qüvvətlidir və onun olmasında dövlət də, cəmiyyət də maraqlıdır və bu baxımdan ailəni qoruyub saxlamaq Avropada olduğu kimi, Azərbaycanda da çox aktual məsələdir. Ürək ağrısıyla oxuyuram. Məsələn, statistikaya görə, nə qədər adam boşanıb, nə qədər ailə dağılıb. Mən hesab edirəm ki, Azərbaycan üçün bu yolverilməzdir. Bunun aradan qaldırılması üçün maksimum mübarizə aparılmalıdır. Biz həmişə yaxşını götürməyə çalışırıq. Hətta pərdənin də yaxşı olmasına çalışırıq. Məsələn, mən xaricdə pərdə mağazasına rast gəlməmişəm. Bu Ancaq Azərbaycanda ola bilər. Bu yaxşıdır. Deməli, biz hər şeyin yaxşısını görmək istəyirik. Azərbaycan yaxşını götürməyə calışır. Öz adət-ənənələrinin daha yaxşı olmasına, zənginləşməsinə, daha dəyərli olmasına çalışır. Ailəni qoruyub saxlamağa çalışır. Ukraynada olanda ukraynalıdan bir əhvalat eşitdim. O bildirdi ki, bibisi qızının əri azərbaycanlıdır. Dedi ki, çox qəribə adamdır- gecə-gündüz ailəsi üçün çalışır. Mən burada qəribə olan heç nə görmədim. Kişinin vəzifəsi evə pul gətirməkdir. Bəlkə də qadınımıza xanım kimi baxmaq təkcə Azərbaycandadır. Biz qadınımıza “arvadımız” demirik. Xanımız deyirik. Azərbaycan cəmiyyətində ailəni qoruyub saxlayırıq. Hesab edirəm ki, nə qədər ki, Azərbaycan və Azərbacan xalqı var, xanımlarımız xanım olacaqlar. Və Azərbaycan ailəsi də ən müqəddəs anlayış olacaq.

Nida -Bizim ailələrə arzularınız?

A.M-Mən arzulayıram ki, ailələrimiz möhkəm olsunlar, ailəni möhkəm dayaqlar üzərində qursunlar. Eyni zamanda arzulayıram ki, həyat yoldaşlarının çətinliklərini görsünlər, onların adlarını uca tutsunlar və hərdən bir-birilərinə desinlər ki, “Sən həyatda hamıdan yaxşısan”.

Söhbətləşdi: Dilbər



Baxış sayı: 868

ARXIV

< May 2010 >
Bz. Çr Çr Cm. Şn Bz
          1 2
3 4 5 6 7 8 9
10 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31            

Brenks,yoxsa Smit?

67%
33%

Məhəbbət...

71%
0%
14%
14%