"Wikipedia"nın ingilisdilli versiyası bağlandı
Çərşənbə, 18 Yanvar 2012
![]()
"Wikipedia" internet-ensiklopediyasının ingilisdilli versiyası ABŞ Konqresinin anti-pirat qanun layihəsinə etiraz əlaməti olaraq 1 sutkalıq bağlanıb. İnternet-resurs bu səhər Bakı vaxtı ilə saat 9-da öz fəaliyyətini dayandırıb. "Biz bəşər tarixində ən böyük ensiklopediyanı yaratmaq üçün 10 ildən çox bir müddətdə milyonlarla saat vaxt sərf etmişik. Hazırda ABŞ Konqresi azad və açıq internetə ciddi zərbə vuracaq qanun layihəsini nəzərdən keçirir. Həyəcan təbili çalmaq üçün "Wikipedia"nı 24 saatlığa bağlayırıq" - ensiklopediyanın bəyanatında belə deyilir. Qanun layihəsi internet-şirkətləri hökumətin istəyinə əsasən piratlarla əməkdaşlığı dayandırmağa vadar edəcək. ANS Baxış sayı: 77 |
Xəbərlər
Bloqlar |