Vəfalı dost
Bazar ertəsi, 16 Yanvar 2012
![]()
İngiltərədə yaşayan 3 uşaq anası qadın, ölən yoldaşının beş uşağını övladlığa götürərək böyük bir sədaqətlik nümunəsi göstərib. Beş uşaq anası Karolina Atiın 2009-cu ildə, beyin şişi səbəbiylə həyatını itirib. Əri Devid Atkin ondan 9 ay sonra ani bir beyin qanaması nəticəsində vəfat edib. Cütün beş uşağı isə bu talehsiz itkinlərdən sonra ortada qalıb. Ancaq onların imdadına Culi Jouns yetişib. Couns uşaqlıq yoldaşı Karolina Atkinin beş uşağını birdən övladlığa götürərək onlara evini açıb. Özünün də üç uşağı olan vəfalı qadın, indi onlarla bir ailə kimi yaşadıqlarını və onları öz uşaqlarından ayırmadığını söyləyir. Yoldaşının uşaqlarını hər hansı bir uşaq evinə vermək istəmədiyini ifadə edən fədakar ana gələn sosial yardımlarla uşaqlara baxa biləcəyini bildirir. Baxış sayı: 77 |
Xəbərlər
Bloqlar |