90 adamlıq rəzalət
Cümə axşamı, 12 Yanvar 2012
![]()
İngiltərədə yayınlanan "Take Me Out" izdivac proqramının 90-dək yarışmacısının lüks bir malikanədə iki gün boyunca seks partisi təşkil etdikləri ortaya çıxıb. 4,5 milyon sterlinqlik malikanə İngiltərədə ITV1 kanalında yayınlanan "Take Me Out" yarışmacılarının adı seks qalmaqalına qarışıb. "The Sun" qəzetinin başlıqda verdiyi xüsusi xəbərə görə, komediyaçı Peddi Makkvinnessin təqdim etdiyi proqramın 90-a qədər yarışmacısı, keçən həftə sonu iki gün davam edən seks partiyasına qatılıb. Cənubi Gallerdəki Çepstouda yerləşən 4,5 milyon sterlinqlik lüks malikanədə təşkil edilən seks partiyasını yarışmacılardan biri təşkil edib. Qonaqların dəlicəsinə spirt içkilərdən istifadə etdikləri, bəzi cütlərin hər kəsin gözü qarşısında sevişdiyi partiyadan sonra malikanədə minlərlə sterlinqlik zərər meydana gəlib. Qalmaqal partiyanın fotoşəkilləri "Facebook"da yayımlandıqdan sonra qəzetə danışan bir qaynaq "Hər kəs özündən keçmişdi. Hər yerdə prezervativ vardı" deyib. Proqramda bir kişi 30 qadına özünü bəyəndirməyə çalışır, yarışmanın nəticəsində biriylə görüş qazanır. Milliyət Baxış sayı: 92 |
Xəbərlər
Bloqlar |