Körpə qutusu!
Çərşənbə axşamı, 10 Yanvar 2012
![]()
Rusiyada yeni doğulan körpələrini istəməyən analar üçün doğum evi və dövlət binalarının yanında Baby-Box adlı xüsusi qutular yaradılıb. İstənilən ailə dövlətin qorumasına buraxılmaq məqsədilə yeni doğulan körpələrini qutuya buraxa bilir. Mövzuyla əlaqədar məlumat verən səlahiyyətli şəxslər "Əgər qadın hər hansı bir səbəblə uşağından gizli bir şəkildə imtina etmək barədə qərar alsa, bu vəziyyətdə özü körpəsini bu qutuya buraxa bilər. Qutuda qapılar bağlanar-bağlanmaz işıqlandırma, kondisioner və istilətmə sistemləri dərhal işə başlayır" deyiblər. Ananın düşünmək üçün 30 saniyə zamanı olduğuna işarə edən səlahiyyətlilər "Əgər ana qərarını dəyişdirərək uşağını geri almağı düşünürsə, özünə 30 saniyəlik bir haqq verilir. Bu zaman hissəsi içində qutunun qapısı açıq qalır. Lakin sonra qutuların qapısı avtomatik olaraq bağlanır" deyə xəbərdarlıq edirlər. Baxış sayı: 71 |
Xəbərlər
Bloqlar |