Səhhəti pisləşən türkiyəli sənətçi Bakıya gələ bilmədi
Cümə, 03 Fevral 2012
![]()
Aylarla proqram üzərində çalışan və konsert səbəbindən bir neçə dəfə Türkiyəyə səfər edən sənətçinin planları istəməyərəkdən dəyişib. Xatırladaq ki, o, konserti türk sənətçisi Zərrin Özərlə birlikdə oxuyacaqdı. Səfərini də onunla proqramı müəyyən edib, birlikdə oxuyacağı mahnıları seçmək təşkil edirdi. Hər şey yolunda gedərkən Zərrin xanımın pisləşən səhhəti planları dəyişdi. Konsertin anonslarının yayımına az qalırdı ki, Samir onun Bakıya gələ bilməyəcəyini başa düşüb, konsert planını təxirə saldı. Müğənni Milli.Az-a bildirib ki, hələlik konsert barəsində düşünmür. Çünki yaxın gələcək üçün planlaşdırdığı üç layihəsi onun kifayət qədər zamanını alıb. "Bunlardan biri efir layihəsidir ki, ola bilsin, çəkilişlər Türkiyədə aparılsın və yayımı burada nəzərdə tutulsun. Böyük işdir və hazırlıqlar tamamlanmadığı üçün xəbəri açıq şəkildə deyə bilmirəm. Qalan iki layihəm də sənətim üçün çox mühümdür və bunun təfərrüatı haqqında bir neçə gün sonra danışa biləcəyəm", - S.Piriyev dedi. Qeyd edək ki, müğənni sabah Moskvaya yola düşür. O, dostları ilə soyuq şəhərdə dincələcək. Zəminə Milli.Az URL: http://www.milli.az/news/showbiz/95039.html Baxış sayı: 29 |
Xəbərlər
Bloqlar |