Leydi Qaqa sosialistlər kimi danışdı
Cümə axşamı, 12 Yanvar 2012
![]()
Bir çox dəb yaradanlar və modalyerlər üçün ilham pərisi olan Leydi Qaqa şok edici açıqlama ilə çıxış edib. 25 yaşlı müğənni saxta brendlərin istehsal etdiyi malları aldığını etiraf edib. “Keçən ay Tokioda idim. Bilirsiniz ki, ən çox saxta mallar məhz orada satılır. Mən özüm də Nyu Yorkda yaşayan italiyalıyam, elə ona görə də maqazinə girdim və nə var idisə hamısını aldım. Hətta əynimdə olan jaket belə saxta brenddir”. Bundan başqa Qaqa bütün pərəstişkarlarına səslənərək, bahalı dükanlardan alış-veriş etməməyi, nisbətən ucuz ya da second handlərdən almağı, pulları isə bir qədər lazımlı və xeyirli yerlərə sərf etməyi məsləhət görüb. ANS Baxış sayı: 50 |
Xəbərlər
Bloqlar |