Rus alimlərindən böyük kəşfi
Çərşənbə, 18 Yanvar 2012
![]()
Rusiya elm adamlarının qısa müddət əvvəl Sibirin daimi donmuş torpağı altında kəşf etdiyi yeni bir növ bakteriyanın, yaşlanmağı yavaşlada biləcəyi ortaya çıxıb. Rusiya Elmlər Akademiyasından verilən məlumata görə, laboratoriyada aparılan təcrübələrdə "Bacillius F" adlı bakteriyaların siçanların orqanizminə yeridildikdən sonra həmin gəmiricilərdə yaşlanmanı yavaşlada bildiyi müşahidə edilib. Test aparılan siçanların daha uzun müddət yaşadıqlarının təyin olunduğunu ifadə edən Rusiya Elmlər Akademiyasının rəsmiləri əldə edilən nəticələri "təsiredici" deyə xarakterizə ediblər. Rus elm adamları orqanizmə yeridilən bakteriyaların, siçanların təbii müdafiə etmə sisteminin gücləndirilməsini təmin etdiyini ifadə edərək "İlk anda, immunitet və immunitetin hərəkətə keçmə sürətini artırır" deyiblər. Təcrübələrin siçanların maddələr mübadiləsinin 20 ilə 30 faiz sürətləndiyini vurğulayan rusiyalı araşdırmaçılar, bakteriyaların ayrıca yaşlılığa bağlı korluğun azaldılmasına kömək ola biləcəyini də vurğulayıblar. "Bacilluis F" bakteriyasının istiliklərin çox aşağı olduğu Şərqi Sibirdə Yakutiyada kəşf edildiyi və ancaq mənfi 5 dərəcənin altında çoxala bildiyini açıqlayıblar. Hürriyət Baxış sayı: 80 |
Xəbərlər
Bloqlar |