22 May 2012      
RU

150 İl!

Cümə axşamı, 20 Oktyabr 2011
Çap PDF faylını al

On il içində yaşlanmağa çarə tapılacaq, insan ömrü 150 il və ya daha uzun olacaq

Avstraliya "New South Wales" Universitetinin tibb fakültəsinin dekanı, professor Peter Smit insanlığın uzun həyatla bağlı xəyalının çox yaxında reallaşacağını söyləyib. İllik Tibb Dekanları yığıncağında danışan Smit 10 il içində yaşlanmağı önləyəcək dərmanların tapılacağını və beləcə insanoğlunun 150 yaşına qədər, ya da daha çox yaşaya biləcəyini vurğulayıb.

"Möcüzə həblər" yolda

"Möcüzə həblər"sayəsində insan bədəni öz-özünü təmir edə bildiyi və xəstəlik inkişaflarının ilk mərhələlərində müalicə edilə bildiyi üçün həyat keyfiyyəti də artmış olacaq. Professor Smitə görə, "möcüzə həblər"in yanında kök hüceyrə müalicələri də insan ömrünün iki əsrə söykənməsinə səbəb olacaq. Avstraliyalı dekana görə, bunun ən yaxşı istiqaməti isə insanların yalnız həyatları uzanmayacaq, eyni zamanda sağlam yaşana biləcək. Yəni insan son nəfəsinə qədər sağlam və aktiv olacaq. 65 yaşına gələn bir insan həyatının ikinci baharına hazırlanacaq.

Siçanlarda müvəffəqiyyətli oldu

Artıq karyerasında fiziki ağırlıqlı işlər yerinə təcrübə və məlumata söykənən işlərə keçə biləcək. Professor Smit bu anda Avstraliyada doğulan bir qız körpənin belə onsuz da ən az 100 yaşına qədər yaşamasının gözlənildiyi düşünülsə, tibb dünyasındakı inkişaflar düşünülür.



Baxış sayı: 182

ARXIV

< Oktyabr 2011 >
Bz. Çr Çr Cm. Şn Bz
          1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 21 22 23
24 25 26 27 28 29 30
31            

Brenks,yoxsa Smit?

67%
33%

Məhəbbət...

71%
0%
14%
14%