22 May 2012      
RU

Dünyanı gözləyən çox böyük təhlükə

Bazar ertəsi, 03 Oktyabr 2011
Çap PDF faylını al

Şimal qütbü üzərindəki ozon təbəqəsində açılan və Almaniyanın beş qatı böyüklüyündəki dəlik elm insanlarını əndişələndirir.

NASA-nın internet saytında yerləşdirilən xəbərdə və "Nature" jurnalında dərc olunan olunan məqalədə Şimal qütbündə görülməyən bir soyuğa gətirib çıxaran bu rekord böyüklükdəki dəliyin bu ilin aprel ayında 15 günə qədər Şərq Avropa, Rusiya və Monqolustan üzərində gəzdiyi, dəliyin bu bölgələrdə yaşayan insanların yüksək dərəcələrdə ultrabənövşəyi şüalara məruz qalmalarına gətirib çıxardığı qeyd edilir.

3 atom oksigenindən ibarət olan ozon molekulu, xüsusilə bitki örtüyünə zərər verən və dəri xərçənginə, ya da kataraktaya yol aça bilən ultrabənövşəyi şüalarının zərərlərindən dünyanı qoruyur.

Dünyanın bu təbii qalxanı qışları və yazları, soyutma sistemləri və aerozollarda istifadə edilən və 1985-ci ildən bəri istehsalı qadağan olan kloroflorokarbon (CFC) qazları üzündən araşdırır.

Elm insanları Şimal qütbündəki bu rekord böyüklükdəki ozon təbəqəsi dəliyinin məsulunun qışları şimal qütb stratosfer təbəqəsində yaranan nəhəng qasırğa "qütb girdabı" olduğunu ifadə edərək, bu təbiət hadisəsinin keçən qış çox soyuq bir mühitdə meydana gəlməsinin ozon təbəqəsinədaha çox zərər verdiyinin vurğulayırlar.

Milliyət



Baxış sayı: 200

ARXIV

< Oktyabr 2011 >
Bz. Çr Çr Cm. Şn Bz
          1 2
4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31            

Brenks,yoxsa Smit?

67%
33%

Məhəbbət...

71%
0%
14%
14%