22 May 2012      
RU

Xristianlıqla əlaqədar təəccüblü araşdırma

Cümə, 23 Dekabr 2011
Çap PDF faylını al

Xristian əhalisi son əsrdə təəccüblü şəkildə Avropadan Afrikaya, Asiya və Amerikaya keçdi. Xristianların yalnız dördə biri Avropada yaşayırlar.

ABŞ-dakı "Pew" Araşdırma Mərkəzinin Din və Cəmiyyət Həyatı Forumunun apardığı araşdırma, Avropanın indiki vaxtda dünyadakı xristianların dörddə birinə ev sahibliyi etdiyini, keçən əsrdə isə dünyadakı xristianların üçdə ikisinin Avropada yaşadığını ortaya qoydu.

Araşdırmaya görə, dünyadakı Xristian əhalisinin təxminən dörddə biri bu anda Səhra Altı Afrikasında, 37 faizi Amerika qitəsində, 13 faizi də Asiya Sakit okean bölgəsində yaşayır.

Ən kiçik xristian əhalisinin, bu dinin yayıldığı bölgə olan Orta Şərq və Şimal Afrikada olduğu, bu bölgədəki xristianların, ümumi əhalinin 4 faizini meydana gətirdiyi ifadə edildi. Bu bölgədə ən çox xristianın Misirdə yaşadığı, Misirdə çoxu ortodoks olmaq üzrə təxminən 4,3 milyon xristianın olduğu, dünya xristianlarının 10 faizinin, əksəriyyətdə olduqları ölkələrdə yaşadığı qeyd edildi.

Çində əhalinin 5 faizi (67 milyon) xristian ikən, ən çox xristian əhalisinə sahib ölkələr ABŞ, Braziliya, Meksika və Rusiya olaraq sıralandı, ABŞ əhalisinin təxminən 80 faizinin, Rusiya vətəndaşlarının da təxminən 74 faizinin xristian olduğu bildirildi.

Araşdırma ayrıca Braziliyada İtaliyadakından iki qat çox katolik, Nigeriyada da Almaniyadakından iki qat çox protestant yaşadığını ortaya qoydu.

Bütün bu dəyişikliklərə baxmayaraq xristianların, 2,2 milyard inanan sayıyla hələ dünyanın ən böyük inanc qrupu olduğu, ikinci sırada 1,6 milyard inananla müsəlmanların olduğu qeyd edildi.

"Pew" Araşdırma Mərkəzinin araşdırmanı milli siyahıyaalmalar, kilsə qruplarınının hesabları və fərqli dinlərə mənsub kəslərlə əlaqədar digər mənbələrə əsaslanaraq etdiyi, məlumatların 1910-cu ildə edilən araşdırmalarla müqayisə edildiyi bildirildi.

NTV



Baxış sayı: 117

ARXIV

< Dekabr 2011 >
Bz. Çr Çr Cm. Şn Bz
      1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 24 25
26 27 28 29 30 31  

Brenks,yoxsa Smit?

67%
33%

Məhəbbət...

71%
0%
14%
14%