Erməni kilsəsi türk şəhidlərə görə konserti təxirə saldı
Cümə, 21 Oktyabr 2011
![]() Oktyabrın 23-də Türkiyənin Diyarbəkir bölgəsində bərpa işləri tamamlanan erməni kilsəsi 30 il sonra yenidən istifadəyə veriləcək. Lent.az-ın “ensonhaber.com” saytına istinadən verdiyi məlumata görə, Orta Şərqin ən böyük kilsəsi olan 300 illik Surp Sarkis Giragos Kilsəsi Diyarbəkir Böyükşəhər Bələdiyyəsi və Erməni Dərnəyinin dəstəyi ilə bərpa olunub. Bazar günü dini ayinlə açılacaq kilsənin açılışı ilə bağlı planlaşdırılan konsert proqramı isə oktyabrın 19-da Hakkarinin Çukurca rayonunda PKK terrorçularının xain hücumu nəticəsində 24 əsgərin ölümü ilə bağlı təxirə salınıb. Açılış proqramını təşkil edən Surp Sarkis Giragos Erməni Kilsəsi Dərnəyi şənbə günü ziyafət axşamında erməni əsilli Bedri Ayseli və Udi Yervantın konsertlərini, bazar günü isə nəzərdə tutulan Dabaghyan Ensemble və Divan-a Dubeytin konsertlərini ləğv etdiyini açıqlayıb. Baxış sayı: 185 |
Xəbərlər
Bloqlar |