Ermənilər II Qareqinin istefasını tələb edirlər
Çərşənbə, 20 İyul 2011
![]() Ermənistan ictimaiyyəti bütün ermənilərin katolikosu II Qareqinin istefasını tələb edir. ANS PRESS-in “PanArmenian” saytına istinadən verdiyi məlumata görə, artıq bununla bağlı “Facebook” sosial şəbəkəsində “Katolikosun istefasını tələb edirik” adlı qrup yaranıb. Şəbəkədə həmçinin istifadəçilərə “Siz bütün ermənilərin katolikosu II Qareqinin Erməni Apostol Kilsəsindən kənarlaşdırılmasını istəyərdinizmi?” sualı verilərək sorğu keçirilib. Nəticədə 1560 nəfər lehinə, 221 nəfər əleyhinə səs verib. Belə ki, sosial şəbəkədə belə bir qrupun yaradılmasına səbəb II Qaraqinin dağlarda yerləşən kilsələrlə onun işinin olmaması ilə bağlı fikir söyləməsi olub. Baxış sayı: 297 |
Xəbərlər
Bloqlar |