22 May 2012      
RU

Ən inanclı ikinci ölkə hansıdır?

Çərşənbə axşamı, 26 Aprel 2011
Çap PDF faylını al

Dünyada cəmi 23 ölkədə aparılan araşdırmaya görə, Türkiyə 91 faizlə ən inanclı ikinci ölkə oldu.

"Ipsos" araşdırma şirkəti və "Reuters" xəbər agentliyinin "İlahi varlıqlar, ölümdən sonra həyat və təkamül" adlı ortaq çalışması çərçivəsində 23 ölkədən 18 min 829 adamla görüşülüb. Araşdırmaya qatılanların 51 faizii "ilahi bir varlığın" olduğuna inandığını ifadə edərkən, 28 faizi özünü yaradılışçı olaraq təyin edib.

Araşdırma nəticəsində ən inanclı ölkə 93 faizlə İndoneziya olub. İndoneziyanı Türkiyə (91 faiz), Braziliya (84 faiz), Cənub Afrika (83 faiz) və Meksika (78 faiz) izləyir. Türkiyə təkamül nəzəriyyəsinə inanmayan ölkələr arasında da 60 faizlə ikinci sırada yer alıb. Bu kateqoriyada ilk yeri Səudiyyə Ərəbistanı tutub.

Anketə qatılan ölkələr Argentina, Avstraliya, Belçika, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, İngiltərə, Macarıstan, Hindistan, İndoneziya, İtaliya, Yaponiya, Meksika, Polşa, Rusiya, Səudiyyə Ərəbistanı, Cənub Afrika, Cənubi Koreya, İspaniya, İsveç, Türkiyə və ABŞ olaraq açıqlanıb. Ancaq Səudiyyə Ərəbistanındakı iştirakçılar yalnız təkamül nəzəriyyəsiylə əlaqədar sualı cavablandırıblar.

Hürriyet



Baxış sayı: 394

ARXIV

< Aprel 2011 >
Bz. Çr Çr Cm. Şn Bz
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 27 28 29 30  

Brenks,yoxsa Smit?

67%
33%

Məhəbbət...

71%
0%
14%
14%