22 May 2012      
RU

"Ağıllı" soyuducu təqdim edilib

Cümə, 13 Yanvar 2012
Çap PDF faylını al

ABŞ-ın Las Vegas şəhərində keçirilən məişət texnologiyaları sərgisində LG şirkəti istehsal etdiyi yeni nəsil smart soyuducusunu təqdim edib. Artıq bir neçə aya Avropa bazarlarına çıxarılacaq 2 min avro dəyəri olan soyuducunun, LCD və toxunuşa həssas ekranı, kamerası, və internet bağlantısı imkanı var. Temperaturu tez-tez tənzimləyən sensorları olan, “ağıllı” LG soyuducusu, içində saxlanılan ərzaq və məhsulların siyahısını tutmağı bacarır.

İstifadəçi “ağıllı” LG soyuducsu olan yerdə, südün, yumurtanın və tərəvəzin ani tükənməsi problemini yaşamır. Belə ki, soyuducunun içindəki sensorları tükənmək üzrə olan gündəlik məhsulların adlarını internet vasitəsilə avtomatik olaraq “Okado” onlayn alış-veriş saytındakı sifariş hesabına yerləşdirir.

WiFi imkanları olan soyuducu ilə eyni zamanda mətbəxdəki sobanı idarə etmək olur. Bu hələ hamsı deyil. Yeni nəsil LG soyuducusu LCD ekranda müxtəlif xeyli sayda yemək reseptləri ilə tanış olmağa imkan verir. Soyuducunun proqram təminatı soyuducunun içindəkilərinə -daha doğrusu ev sahibinin cibinə uyğun yemək reseptlərini məsləhət verməyi belə unutmur.

ANS



Baxış sayı: 89

ARXIV

< Yanvar 2012 >
Bz. Çr Çr Cm. Şn Bz
            1
2 3 4 5 6 7 8
9 10 11 12 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

Brenks,yoxsa Smit?

67%
33%

Məhəbbət...

71%
0%
14%
14%