Rus milyarderdən əxlaqsız təklif!
Çərşənbə axşamı, 10 Yanvar 2012
![]() Rus işadamı Mixail Proxorov Romadakı Məbədlər Vadisinə 4 milyard dollar təklif edib. Rus milyarder Mixail Proxorovun İtaliyada olan Zeus Olympio Məbədinin olduğu tarixi bölgəni satın almaq istəməsi reaksiyayla qarşılanıb. Arxeoloji bölgənin olduğu Agrigento şəhərinin bələdiyyə başçısı satışın qeyri-mümkün olduğunu söyləyib: "40 milyard avro da versə, Məbədlər Vadisi satılıq deyil. Bu tarixi saytın sponsorluq fəaliyyətləri üçün ediləcək xüsusi sərmayədən, ya da bu sahənin inkişaf etdirilməsi üçün istifadə ediləcək fondlardan tamamilə fərqli bir mövzudur". İtalyanın cənub-qərbindəki Napoli şəhərinin mərkəzindən 20 km şimal-qərbdə yerləşən Məbədlər Vadisi, 1997-ci ildə UNESCO Dünya Mədəniyyət Mirası Siyahısına alınmışdı. CNNTürk Baxış sayı: 75 |
Xəbərlər
Bloqlar |