22 May 2012      
RU

Yeni buzlaq çağı yolda!

Çərşənbə axşamı, 10 Yanvar 2012
Çap PDF faylını al

İqlim mütəxəssislərindən tükləri ürpədən kəhanət

Geoloq və ekoloqlar dünyanın yeni buzlaq çağına 1500 il sonra girəcəyini təxmin edirlər. Birləşmiş Millətlərin Meteorologiya Dairəsinin dəstəklədiyi araşdırmada bildirilir ki, ən az beş buzlaq çağı keçirdiyi bilinən Yer Kürəsi ən son 2,5 milyon il əvvəl başlayan buzlaq çağını 10 min il əvvəl bitirib.

İqlim araşdırmaçılarının sözlərinə görə, mövcud vəziyyətdə atmosferdəki karbon 4 oksid miqdarı eyni qalsa da, belə qütblərdə ərimə prosesi davam edəcək. Kemebric ilə London universitetlərinin, Florida Universiteti və Norveçin Bergen Universitetinin iqlim mütəxəssislərinə görə, troposferde və ümumiyyətlə, atmosferdəki karbon 4 oksid milyonda 240 nisbətində qalsa, yer kürəsi 1500 il sonra "Altıncı Buzlaq Çağı"na girmiş olacaq.

Karbon 4 oksid nisbətinin milyonda 240-ın altına salınması istənilir, amma neft kimi yanacaqların istehlak edilməsiylə bu hədəf hələlik az qala qeyri-mümkün görünür.

Milliyət



Baxış sayı: 96

ARXIV

< Yanvar 2012 >
Bz. Çr Çr Cm. Şn Bz
            1
2 3 4 5 6 7 8
9 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

Brenks,yoxsa Smit?

67%
33%

Məhəbbət...

71%
0%
14%
14%