22 May 2012      
RU

Dünyanın ən bahalı çayının sirri nədədir?

Cümə, 06 Yanvar 2012
Çap PDF faylını al

Çinli fermer ilk 500 qramını təxminən 34 min dollara satmağı planlaşdırdığı "dünyanın ən yaxşı və bahalı çayını" belə yetişdirəcək...

Çinli fermer dünyanın ən yaxşı və bahalı çayını yetişdirmək üçün panda nəcisindən əldə edilən gübrəni istifadə edir. Ən yaxşı çayı yetişdirmək üçün qolları suvayan və Sichuan Universitetindəki işindən ayrılan An Yanşi, pandaların yaşadığı Sichuan dağlarında yetişən çay bitkilərinin səmərəsini artırmaq məqsədiylə bir panda cütlüyündən 11 ton nəcis satın aldı. İlk çay yarpağının bahar aylarında əkməyi planlaşdıran An, bunun dünyanın ən bahalı çayı olacağı xəbərdarlığını edərək, yarpağın ilk 500 qramını 219 min 865 yuana (təxminən 34 min dollara) satmağı planlaşdırdığını bildirib.

Çinli fermer 1,13 hektarlık ərazisində yetişdirdiyi çay mövzusunda çox iddialı olduğunu söyləyərək, "Panda nəcisi torpağı bəsləyici ünsürlər baxımından çox zəngindir. Pandalar yedikləri bambukların 30 faizini həzm edir, 70 faizini təbii yollarla atır. Bununla yetişən çay, kimyəvi gübrəylə yetişəndən çox fərqli olacaq" deyir.

Çinli fermer An kimyəvi gübrənin yerinə heyvanmənşəli gübrənin istifadə edilməsinin lazım olduğu mövzusunda hər kəsin razı salınması lazım olduğunu da vurğulayaraq bildirir ki, insanlar səma, torpaq və ətrafla uyğun bir əlaqə inkişaf etdirməlidirlər.

Milliyət



Baxış sayı: 93

ARXIV

< Yanvar 2012 >
Bz. Çr Çr Cm. Şn Bz
            1
2 3 4 5 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

Brenks,yoxsa Smit?

67%
33%

Məhəbbət...

71%
0%
14%
14%