07 Fevral 2012      
RU

İsrail və Fələstin razılığa gəlib

Cümə, 03 Sentyabr 2010
Çap PDF faylını al

İsrailin baş naziri Binyamin Netanyahu və Fələstin lideri Mahmud Abbas Vaşinqtonda aparılan birbaşa danışıqlarda 14-15 sentyabr tarixlərində Yaxın Şərqdə keçiriləсək yeni görüş barədə razılığa gəliblər. Bu barədə ABŞ-ın Yaxın Şərq nizamlanması üzrə xüsusi elçisi Сorс Mitçell məlumat vrib.

"Biz 14 və 15 sentyabrda, daha sonra isə hər iki həftədən bir regionda yenidən görüşmək barədə razılıq əldə etdik", - deyə jurnalistlər qarşısında çıxış edən Mitçell bildirib.

O eyni zamanda qeyd edib ki, tərəflər arasında qarşılıqlı əlaqə bu görüşlər arasında qalan vaxt ərzində də baş tutacaq.

ABŞ xüsusi elçisi bildirib ki, bu danışıqlara mane olmaq istəyən qüvvələr var: “Bizim bu yolda çətin günlərimiz və xeyli maneələrimiz olacaq və biz etiraf edirik ki, bu asan danışıqlar olmayacaq”.

ANS



Baxış sayı: 306

ARXIV

< Sentyabr 2010 >
Bz. Çr Çr Cm. Şn Bz
    1 2 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      

Emi, yoxsa Ketrin?

25%
75%

Hava durumundan razısınız?

56%
44%
0%