07 Fevral 2012      
RU

Lənkəran Şəhər İcra Hakimiyyəti şöbə müdirinin oğlu intihar edib

Cümə, 03 Sentyabr 2010
Çap PDF faylını al

Azərbaycanın Lənkəran şəhərində intihar hadisəsi baş verib. APA-nın cənub bürosunun Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran zona şöbəsinin müdiri Rafiq Qasımova istinadən verdiyi məlumata görə, Lənkəran şəhər sakini, 1982-ci il təvəllüdlü Cavid Qəni oğlu Nəsirovun meyiti sentyabrın 2-də saat 22.30 radələrində xalasına məxsus yaşayış olmayan tikilinin həyətindəki tut ağacından asılmış vəziyyətdə aşkarlanıb. Meyitin tibbi ekspertizasından sonra intiharın bir sutka öncə edildiyi müəyyənləşdirilib.

Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) aparatında ümumi şöbənin müdiri işləyən Məlahət Nəsirovanın oğlu olan C.Nəsirovun özünə qəsd etməsinin səbəbləri məlum deyil. Faktla bağlı Lənkəran Rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanıb.

APA



Baxış sayı: 454

ARXIV

< Sentyabr 2010 >
Bz. Çr Çr Cm. Şn Bz
    1 2 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      

Emi, yoxsa Ketrin?

25%
75%

Hava durumundan razısınız?

56%
44%
0%