07 Fevral 2012      
RU

Bakıda dörd nəfər dalaşdı, ölən var

Cümə, 03 Sentyabr 2010
Çap PDF faylını al

Bu gecə Bakının Suraxanı rayonu ərazisində qətl hadisəsi baş verib. Rayonunun Atamoğlan küçəsində dörd nəfər arasında düşən dava zamanı Tovuz rayon sakini 20 yaşlı Məmmədov İnqilab Əli oğlu bıçaqlanıb. Yaralı xəstəxanaya aparılarkən yolda dynyasını dəyişib. Onun dostu, davanın iştirakçılarından olan 22 yaşlı Kərimov Əhməd Məcid oğlu isə baş nayihəsindən müxtəlif dərəcəli xəsarətlər alıb. Qətli törədən şəxs və davanın digər iştirakçısı hadisə yerindən qaçıblar.

Qətlin baş verdiyi əraziyə Suraxanı Rayon Polis İdarəsinin və rayon prokurorluğunun gələrək araşdırmalara başlayıblar. Keçirilən əməliyyat-axtarış tədbirlərindən sonra qətli törədən və davanın digər iştirakçısı ata və oğul saxlanılıb. İlkin dindirmədən sonra məlum olub ki, İnqilab Məmmədovu qətlə yetirən Xətai rayonunda qeydiyyatda olan Xalıqov Məmməd Sübhan oğludur. Hazırda Suraxanı rayonu ərazisində yaşayan Məmməd Xalıqov davanın mübahisə zəmnində başladığını bildirib. Onun sözlərinə görə, qətlə yetirilən İnqilab Məmmədov Suraxanı rayonu ərazisində yaşayan dostu Əhməd Kərimovgilə qonaq gəlibmiş. Axşam saatlarında məhəlləyə çıxan dostlarla Məmmməd Xalıqovun sözü çəp gəlib və dava düşüb. Məmmədin atası Sübhan Xalıqov isə oğlunun dalaşdığını görərək, davaya qarışıb. Məmməd Xalıqov dava zamanı bıçaqdan istifadə edib və nəticədə İnqilab Məmmədov ölümcül yaralanıb.

Faktla bağlı Suraxanı rayon prokurorrluğunda araşdırmalar davam etdirlir.

ANS



Baxış sayı: 263

ARXIV

< Sentyabr 2010 >
Bz. Çr Çr Cm. Şn Bz
    1 2 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      

Emi, yoxsa Ketrin?

25%
75%

Hava durumundan razısınız?

56%
44%
0%