07 Fevral 2012      
RU

Yaxın 3 gün ərzində gözlənilən hava şəraiti

Çərşənbə, 01 Sentyabr 2010
Çap PDF faylını al

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Sentyabrın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi, cənub küləyinin axşam şimal-qərb küləyi ilə əvəz olacağı gözlənilir Havanın temperaturu gecə 20-24, gündüz 32-35 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti olacaq.

Sentyabrın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi, şimal-qərb, şimal küləyi əsəcəyi, yarımadanın bəzi yerlərində arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 20-23, gündüz 30-33 dərəcə isti olacaq.

Senyabrın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi, şimal küləyinin gündüz şimal-şərq küləyi ilə əvəz olacağı gözlənilir. Havanın temperaturu gecə 21-24, gündüz 30-33 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında

Sentyabrın 2-də hava şəraitinin yağmursuz keçəcəyi, qərb küləyi əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 19-23, gündüz 32-37, dağlarda isə gecə 13-18, gündüz 24-28 dərəcə isti olacağı gözlənilir.

Sentyabrın 3-4-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, sentyabrın 3-də gecə və axşam bəzi qıraq qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli lokal yağış yağacağı gözlənilir. Qərb, şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək, sentyabrın 4-ü gündüz saatlarında isə şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda isə gecə 12-17, gündüz 23-27 dərəcə isti olacaq.



Baxış sayı: 348

ARXIV

< Sentyabr 2010 >
Bz. Çr Çr Cm. Şn Bz
    2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      

Emi, yoxsa Ketrin?

25%
75%

Hava durumundan razısınız?

56%
44%
0%