21 May 2012      
RU

Hava yenidən soyuyacaq

Cümə, 17 Fevral 2012
Çap PDF faylını al

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Fevralın 18-də səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Günün ikinci yarısından başlayaraq hava şəraitinin yağıntılı olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək, axşam mülayim şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 1-3 dərəcə isti, gündüz 4-8 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında

Fevralın 18-də hava şəraitinin yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.

Hava şəraitinin qısa icmalı

Fevralın 18-i axşamdan 21-dək hava şəraitinin Bakıda və Abşeron yarımadasında fasilələrlə yağıntılı olacağı, yağıntının sulu qara, qara keçəcəyi gözlənilir. Fevralın 19-20-də şimal küləyi 18-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək. Temperaturun ötən günlərə nisbətən 3-5 dərəcə aşağı enəcəyi gözlənilir. Fevralın 19-dan 20-ə keçən gecə və səhər yolların buz bağlayacağı ehtimalı var.



Baxış sayı: 50

ARXIV

< Fevral 2012 >
Bz. Çr Çr Cm. Şn Bz
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 18 19
20 21 22 23 24 25 26
27 28 29        

Brenks,yoxsa Smit?

100%
0%

Məhəbbət...

60%
0%
20%
20%