Göyçayda torpaq sürüşməsi: magistral qaz kəməri zədələndi
Çərşənbə, 15 Fevral 2012
![]()
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzindən daxil olmuş məlumata əsasən, 14 fevral 2012-ci il tarixində axşam saatlarında Göyçay şəhərinin mərkəzindən 3 km şimal istiqamətində, dağlıq ərazidə torpaq sürüşməsi baş verib. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, sürüşmə nəticəsində ərazidəki Ərəb arxının qarşısı kəsilib, buradan keçən diametri 1200 mm olan yüksək təzyiqli qaz kəməri zədələndiyi üçün qaz sızması yaranıb. Hadisə barədə aidiyyəti qurumlar məlumatlandırılıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvə və texnikası aidiyyəti idarələrin qüvvələri ilə birgə hadisə rayonunda yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq işlər görür. Baxış sayı: 45 |
Xəbərlər
Bloqlar |