21 May 2012      
RU

Hava isinir

Çərşənbə axşamı, 14 Fevral 2012
Çap PDF faylını al

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Fevralın 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 0-3 dərəcə isti, gündüz 5-8 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında

Fevralın 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək, bəzi yerlərdə 7 dərəcəyədək isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.

Hava şəraitinin qısa icmalı

Yaxın 2 gündə mülayim cənub küləyinin arabir güclənəcəyi gözlənilir. Temperatur tədricən yüksələcək.



Baxış sayı: 51

ARXIV

< Fevral 2012 >
Bz. Çr Çr Cm. Şn Bz
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29        

Brenks,yoxsa Smit?

100%
0%

Məhəbbət...

60%
0%
20%
20%