Yollar buz bağlayacaq
Bazar, 05 Fevral 2012
![]()
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə: Bakıda və Abşeron yarımadasında Fevralın 05-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 5-8 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın olacağı gözlənilir. Yollar buz bağlayacaq. Azərbaycanın rayonlarında Fevralın 05-də hava şəraiti əksər rayonlarda əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi şimal və şərq rayonlarında az qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti, dağlarda gecə 14-19 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 20-25 dərəcə şaxta təşkil edəcəyi gözlənilir. Yollar buz bağlayacaq. Hava şəraitinin qısa icmalı Yaxın 2 gündə əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Temperatur ötən günlərlə müqayisədə 0-2 dərəcə isti təşkil edəcək. Baxış sayı: 67 |
Xəbərlər
Bloqlar |