Hollandiyanı qarışdıran görüntü...
Cümə, 13 Yanvar 2012
![]() Körfəz ölkələrinə etdiyi ziyarət əsnasında çadra taxan Hollandiya Kraliçasına ölkəsindəki sağ partiyalardan tənqid gəlib. Hollandiya Kraliçası Beatriksin Birləşmiş Ərəb Əmirliklərində və İordaniyadakı məscid ziyarəti əsnasında şapkasının üzərinə taxdığı çadra Hollandiyada problemə səbəb olub. Azadlıq və Demokratiya Partiyasının (PVV) lideri İslam əleyhdarı siyasətçi Girt Uilders Hollandiya Kraliçası Beatriksin məscid ziyarətləri əsnasında çadra taxmasını "qadına basqının qanuniləşdirilməsi" olaraq qiymətləndirib. İslam əleyhdarı "Fitnə" filminin rejissoru Uilders, kraliçanın qadınların ayrı-seçkilikçiliyə məruz qaldığını isbat etdiyini qarşıya qoyaraq, nümayəndələr məclisinə gəzintiylə əlaqədar sual təklifi verəcəyini açıqlayıb. Beatriks isə Uildersin söylədiklərini "axmaqlıq" kimi xarakterizə edib. Kraliça Birləşmiş Ərəb Əmirliklərindən sonra İordaniyada də dinə duyduğu hörmət gərəyi çadra taxdığını vurğulayıb. Hollandiya baş naziri Mark Rutte isə Uildersə Kraliça Beatriksin ibadət evinə göstərdiyi hörməti müdafiə edərək cavab verib.
Baxış sayı: 143 |
Xəbərlər
Bloqlar |