21 May 2012      
RU

Meksikalı aktrisa pərəstişkarlarını şok etdi

Cümə axşamı, 12 Yanvar 2012
Çap PDF faylını al

Meksikalı aktrisa Keyt Del Kastillo Sinaloa kartelinin lideri Joaquin "Əl Chapo" Guzmana dəstək verdi.

Meksikadakı Sinaloa kartelinin lideri Guzman dünən ABŞ-ın Xəzinə Nazirliyi tərəfindən "dünyanın ən güclü narkotik lordu" elan edildi. Qaçaq olaraq həyatını davam etdirən Guzman, Meksikadakı narkotik qaynaqlı şiddətin ən əhəmiyyətli adlarından biri olsa da, ictimaiyyətdən gözləmədiyi bir dəstək aldı. Meksikanın ən məşhur aktrisalarından Keyt Del Kastillo dünən etdiyi və pərəstişkarlarını şok edən şərhlə "Guzmana hökumətdən daha çox inandığını" bildirdi.

"Forbes" jurnalının 2011 ili dünyanın ən zənginləri siyahısında iştirak edən Guzmanın 1 milyard dollar sərvəti var. Meksika Guzmanla baş edə bilmək üçün son olaraq narkotik lordun qaçaqçılıq işlərini icra edən üç adama qarşı sanksiyaların tətbiqinə başladı.

Meksikanın ən çox axtarılan adı olan Guzman 2001-ci ildə həbsdən qaçmışdı. Başına 7 milyon dollar mükafat qoyulan Guzmanın lideri olduğu Sinaloa, yaxın zamanda əməliyyatlarını Meksikanın xaricinə çıxararaq fəaliyyətini Orta və Cənub Amerika ilə Sakit Okean ölkələrinə qədər yaydı.

Hürriyət



Baxış sayı: 153

ARXIV

< Yanvar 2012 >
Bz. Çr Çr Cm. Şn Bz
            1
2 3 4 5 6 7 8
9 10 11 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

Brenks,yoxsa Smit?

100%
0%

Məhəbbət...

60%
0%
20%
20%