21 May 2012      
RU

Sabah da soyuq olmayacaq

Çərşənbə axşamı, 10 Yanvar 2012
Çap PDF faylını al

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Yanvarın 11-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər yarımadanın bəzi yerlərində zəif duman və çiskin olacağı, gecəyə doğru isə az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-6 dərəcə isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında Yanvarın 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər saatlarında duman və çiskin olacağı, axşam bəzi rayonlarda yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 13-18 dərəcə şaxta olacağı gözlənilir.

Hava şəraitinin qısa icmalı

Yanvarın 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, temperaturun 8-13 dərəcə isti təşkil edəcəyi gözlənilir.



Baxış sayı: 116

ARXIV

< Yanvar 2012 >
Bz. Çr Çr Cm. Şn Bz
            1
2 3 4 5 6 7 8
9 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

Brenks,yoxsa Smit?

100%
0%

Məhəbbət...

60%
0%
20%
20%