21 May 2012      
RU

AZAL-dan sərnişinlərə tövsiyə

Bazar ertəsi, 09 Yanvar 2012
Çap PDF faylını al

Sərnişinlər gömrük postlarında öz sürətli keçidlərini təmin edə bilərlər. Azərbaycan Hava Yollarının (AZAL) rəsmi saytında yerləşdirilən məlumata görə, bunun üçün sərnişinlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəsmi internet saytından (www.customs.gov.az) istifadə edə bilərlər. Belə ki, saytın “e-Gömrük Xidmətləri” menyusunun “Fiziki şəxslər üçün gömrük bəyannaməsi” moduluna daxil olaraq, əvvəlcədən doldurulmuş və çap edilmiş sərnişin bəyannaməsini gömrük orqanına təqdim etməklə, sərnişinlər gömrük postlarında öz sürətli keçidlərini təmin etmiş olacaqlar.

Bundan əlavə, Heydər Əliyev Beynəlxalq Hava Limanının gəliş-gediş zallarında sərnişinlər tərəfindən elektron bəyanetmə prosesini həyata keçirmək məqsədi ilə “məlumat köşkləri” yerləşdirilib.

ANS



Baxış sayı: 148

ARXIV

< Yanvar 2012 >
Bz. Çr Çr Cm. Şn Bz
            1
2 3 4 5 6 7 8
10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

Brenks,yoxsa Smit?

100%
0%

Məhəbbət...

60%
0%
20%
20%