21 May 2012      
RU

Premyer Liqamız dünyada 98-ci oldu

Çərşənbə, 11 Yanvar 2012
Çap PDF faylını al

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2011-ci il üçün dünyanın ən güclü çempionatlarının siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, 122 ölkə birinciliyinin yer aldığı siyahıda Azərbaycan Premyer Liqası da var.

Amma təəəssüf ki, Azərbaycan çempionatı 2010-cu illə müqayisədə 12 pillə geriləyib. Hazırda 188,5 xalla 98-ci pillədə qərarlaşan Prmeyer Liqa postsovet məkanı birinciliklərindən yalnız Tacikistan (137,5 xalla 109-cu) və Türkmənistanı (102 xalla 120-ci) qabaqlayır.

Rusiya 733,5 xalla 11-ci, Ukrayna 697 xalla 14-cü, Gürcüstan 404 xalla 35-ci, Özbəkistan 373,5 xalla 43-cü, Belarus 344 xalla 49-cu, Litva 326 xalla 54-cü, Estoniya və Latviya hərəyə 322 xalla 57-ci, Moldova 309 xalla 64-cü, Ermənistan 203 xalla 95-ci, Qazaxıstan isə 194,5 xalla 96-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, siyahıya 1194 xalla İspaniya çempionatı başçılıq edir. İngiltərə 1103 xalla 2-ci, Braziliya 889 xalla 3-cü, Portuqaliya 886 xalla 4-cü, Fransa 883 xalla 5-ci, Almaniya 880 xalla 6-cı, İtaliya 873 xalla 7-ci, Argentina 840 xalla 8-ci, Hollandiya 791,5 xalla 9-cu, Çili 741,5 xalla 10-cu pillədə qərarlaşıb. 524,5 xala malik Türkiyə Superliqası isə 24-cüdü.



Baxış sayı: 66

ARXIV

< Yanvar 2012 >
Bz. Çr Çr Cm. Şn Bz
            1
2 3 4 5 6 7 8
9 10 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

Brenks,yoxsa Smit?

100%
0%

Məhəbbət...

60%
0%
20%
20%