“Panionios” Abdullayevi məcburiyyətdən icarəyə götürüb
Çərşənbə axşamı, 10 Yanvar 2012
![]()
Yunanıstanın “Panionios” klubunun Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevi icarəyə götürməyinin səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, Superliqanın “Erqotelis”lə oyunundakı 0:1 hesablı məğlubiyyətdən sonra komandanın baş məşqçisi Apostolos Mantzios niyə gənclərlə gücləndiyini açıqlayıb. O, bildirib ki, 20 yaşlı yarımmüdafiəçimiz kimi futbolçuları məcburiyyətdən heyətə qatıblar: “Biçaq sümüyə dirənəndə müxtəlif yollar axtarmağa çalışırsan. Biz də maliyyə böhranı üzündən gənclərə güvənməyi lazım bildik. “Panionios” bundan artığını bacarmaz”. Qeyd edək ki, müqavilə ilə İngiltərə “Everton”una məxsus Araz “Erqotelis”lə oyunun 44-cü dəqiqəsində meydana çıxıb. Baxış sayı: 80 |
Xəbərlər
Bloqlar |