21 May 2012      
RU

Rauf Əliyev Türkiyə klubu ilə anlaşdı

Cümə, 06 Yanvar 2012
Çap PDF faylını al

Azərbaycanın futbol üzrə milli komandasının üzvü, Ağdamın “Qarabağ” komandasının hücumçusu Rauf Əliyev Türkiyədə top qovacaq.

Qol.Az-ın “yeniasir.com.tr” saytına istinadən verdiyi məlumata görə, Türkiyənin Bank Asya Liqasında çıxış edən “Göztepe” komandası 2008-ci ildən “Qarabağ” komandasında oynayan, 84 oyunda 18 dəfə rəqib qapısına yol tapan 22 yaşlı futbolçu ilə razılaşma əldə edib.

"Göztepe" Rauf Əliyevlə bərabər “Ankaragücü” komandasından Theo Veeksin, qapıçı Özlenin, “Kayseri” komandasından Öndər Turacının, “Gənclərbirliyi” komandasından Serkanın, “Karabuk” komandasından Merterin də transfer məsələsini həll edib.

Bu transferlər içərisində Öndər Turacı da diqqət çəkir. 31 yaşlı müdafiəçi Öndər Turacı 6 dəfə Türkiyə milli komandasının formasını geyinib. “Beşiktaş” komandasının yetirməsi olan Öndər Turacı Türkiyə Super Liqasında 147 oyunda meydana çıxıb, 6 qol vurub.



Baxış sayı: 101

ARXIV

< Yanvar 2012 >
Bz. Çr Çr Cm. Şn Bz
            1
2 3 4 5 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

Brenks,yoxsa Smit?

100%
0%

Məhəbbət...

60%
0%
20%
20%