Sxadadze 1111 manatı dostuna verəcək
Çərşənbə axşamı, 27 Dekabr 2011
![]() “İnter”in gürcüstanlı futbolçusu Baçana Sxadadze xeyriyyəçilik edəcək. Dekabrın ən yaxşı futbolçusu seçilən 24 yaşlı hücumçu apasport.az saytına açıqlamasında alacağı pul mükafatını özünə xərcləməyəcəyini bildirib. Baçana bunu ehtiyacı olana verməyi daha məqsədəuyğun sayır. Məlum olduğu kimi, ayın ən yaxşı futbolçusu seçilənə rəmzi olaraq 1111 manat verilir. Maraqlıdır ki, ilk dəfə ayın futbolçusu seçilən Baçana məbləğdən xəbərsiz idi və bunu onun diqqətinə çatdırdıq: “Bu, elə məsələdir ki, pulu konkret kimə verəcəyimi demək istəmirəm. Ancaq mənə yaxın olan bir insan var ki, maddi köməyə ehtiyac duyur. Mən ona kömək etməyə çalışacağam. Məbləğ nə qədər olursa-olsun, həmin insana yardım etməliyəm. Onun bu pula məndən çox ehtiyacı var. Həmin insan dostumdur və bu günlərdə cərrahiyyə əməliyyatı olunacaq. Açığı, mənə çatacaq pulu uşaq evlərinə köçürmək istərdim. Ancaq belə alındı ki, vəziyyət dostuma kömək etməyi tələb edir”. Baxış sayı: 71 |
Xəbərlər
Bloqlar |