21 May 2012      
RU

AFFA ən yaxşıların adlarını açıqladı

Bazar ertəsi, 19 Dekabr 2011
Çap PDF faylını al

Bu gün AFFA 2011-ci ilin ən yaxşı futbolçularını mükafatlandırdı. Apasport.az saytının məlumatına görə, İçərişəhərdəki “ART Garden” restoranında bu ildə milli komandaların ən yaxşı oyunçularının mükafatlandırması mərasimi keçirildi.

Ənənəvi olaraq müxtəlif nominasiyalar üzrə qaliblər mükafatlandırıldı. Milli komandanın ən yaxşı futbolçusu və qapıçısı ilə yanaşı, ilin ən yaxşı qadın, çimərlik futbolçusu, futzalçısı müəyyənləşdi. Yığmamızın baş məşqçisi Berti Foqtsun ilk dəfə belə tədbirdə iştirakı edirdi. Belə ki, 65 yaşlı almaniyalı mütəxəssis 2009 və 2010-cu illərdə dekabrın 19-da Landmark” Biznes Mərkəzinin “Rotunda” zalında təşkil olunan tədbirlər zamanı vətənində olduğundan, qatıla bilməmişdi.

Milli komandada ən çox oyun keçirən futbolçular Rəşad Sadıqovla Kamran Ağayev (9 oyun) olub. Ağayev həm də yığmamızın ən yaxşı qapıçısı seçilib. Onlara mükafatı veteran futbolçu İsgəndər Cavadov təqdim edib.

17 yaşadək qızlardan ibarət yığmanın ən yaxşı futbolçusu – Əminə Heydərova olub. O, mükafatını UNİSEF-in nümayəndəsi Mark Hervartdan alıb.

İlin ən yaxşı futzalçısı Vitali Borisovdur. Ona mükafatı Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov verib.

İlin ən yaxşı futbolçusu isə Rauf Əliyev olub. Hücumçu mükafatını millinin baş məşqçisi berti Foqtsdan alıb.

Çimərlik futbolunda ən yaxşı adı Elvin Quliyevə nəsib olub.



Baxış sayı: 98

ARXIV

< Dekabr 2011 >
Bz. Çr Çr Cm. Şn Bz
      1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
20 21 22 23 24 25
26 27 28 29 30 31  

Brenks,yoxsa Smit?

100%
0%

Məhəbbət...

60%
0%
20%
20%