21 May 2012      
RU

A.Daşdəmirov: “Bu faktorlar qələbə qazanmağımızda böyük rol oynadı”

Cümə, 09 Dekabr 2011
Çap PDF faylını al

“İnter”in cinah müdafiəçisi Arif Daşdəmirov suallarımıza cavab verdi.

-“Xəzər-Lənkəran”la oyun həddən artıq vacib idi. Yaxşı ki, komandaya qalib gəlmək müyəssər oldu.

-Oyun çox ağır alındı. Uşaqlar maksimum güclərini ortaya qoydular. Oyunun gedişində xoşagəlməz epizodlar yaranırdı, lakin futbolda belə hadisələr olur. Düşünürəm ki, biz bu qələbəyə layiq idik. Daha xoş olanı budur ki, bu qələbə sayəsində turnir cədvəlində yüksəlməyə nail olduq.

-Deyə bilərsən, “İnter” nəyin hesabına “Xəzər-Lənkəran”a qalib gəldi?

-Düşünürəm ki, fədakarlıq və xarakter hesabına qalib gəlməyi bacardıq. Bu faktorlar qələbə qazanmağımızda böyük rol oynadı. Biz sonadək mübarizə apardıq və xarakterimizi göstərdik.

-Bu dəfə sən sağ cinahda deyil, adət etmədiyin qarşı mövqedə oynadın. Bu mövqedə oynamaq sənə narahatlıq yaratmadı?

-Əvvəl bir qədər çətin oldu, axı sağ cinahda oynamağa adət etmişəm. Lakin sonradan yavaş-yavaş öyrəşdim, axı belə baxanda sol və ya sağ cinahda oynamaq arasında elə də böyük fərq yoxdur. Hər iki mövqedə də eyni funksiyaları yerinə yetirirsən. Müəyyən narahatlıq o zaman yaranırdı ki, mən topu sağ cinahdan ötürməyə alışmışam, həmin oyundasa bunu sol cinahdan etməli oldum.

-Qarşılaşmanın sonunda baş vermiş xoşagəlməz epizoda, tribunadan “İnter”in baş məşqçisinin başına daş atıldığı zaman necə reaksiya verdin?

-Bilmirəm, bu bilərəkdən edildi, ya yox. Ancaq əsas odur ki, hazırda məşqçinin vəziyyəti normaldır. Demək istəyirəm ki, uduzmağı bacarmaq lazımdır və azarkeşlər bunu anlamalıdırlar.

-Yeri gəlmişkən, “Xəzər-Lənkəran” Azərbaycan Kuboku yarışında “İnter”in növbəti rəqibi olacaq. Məhz bu komanda “İnter”i ötən mövsüm kubokun final qarşılaşmasında mükafatsız qoymuşdu. O zaman məhz sənin 11 metrlik zərbən dəqiq olmamışdı. Yəni komandaya və şəxsən sənə ötən mövsümdəki məğlubiyyətin əvəzini çıxmaq üçün əla şans yaranıb.

-Əlbəttə, belə vəziyyətlərdə həmişə revanş almaq hissi olur. Bu dəfə biz qol vəziyyətlərindən istifadə etməli və təsdiqləməliyik ki, biz güclüyük. Ötən il final qarşılaşmasına gəldiksə yalnız onu deyə bilərəm ki, penaltilər seriyası lotoreyadır və o zaman “Xəzər-Lənkəran”ın bəxti daha çox gətirdi.

-Mövsümün əvvəlində “İnter” dəyişikliyə uğradı, komandanı əsas heyətin bir necə oyunçusu tərk etdi və bir çoxları komandanın ciddi tapşırıqları yerinə yetirəcəyinə inanmırdılar. Lakin artıq 15 tur arxada qaldı və “İnter” inamla turnir cədvəlində yüksək yerlərdədir. Bu mövsüm komanda hansı vəzifələri yerinə yetirəcək və hansı məqsədləri güdür?

-Düşünürəm ki, oyundan görünür-komanda ancaq irəliyə hərəkət edir. Biz birinci yer uğrunda mübarizə aparırıq. Məqsədimiz çempionluqdur. Bu il “İnter”də gənc futbolçular oynayırlar və baş məşqçi də onlara özlərini göstərməyə həvəslə şans verir. Əgər biz ötən mövsümlə müqayisədə zəifləmişiksə, o zaman komanda necə olur ki, ikinci yeri tutur? Mən titula çox can atıram, ona görə ki, çempionatda və kubokda qələbənin dadını dadmaq mənə hələ müyəssər olmayıb.

-Artıq bazar günü “İnter” çempionat oyunları çərçivəsində “Qəbələ”yə qarşı oynayacaq. Bu qarşılaşma barədə nə deyə bilərsən?

-Bizim üçün asan oyunlar olmur. Qəbələdə matç çox çətin olacaq. Rəqib son oyunda qələbə qazanıb və növbəti qələbə əldə etməyə çalışacaq, axı onlara “altılıq”da mövqelərini möhkəmləndirmək lazımdır. Buna görə də, komandaya çox çətin olacaq. Bizə öz futbolumuzu oynamaq lazımdır və o zaman nəticə də gələcək.



Baxış sayı: 80

ARXIV

< Dekabr 2011 >
Bz. Çr Çr Cm. Şn Bz
      1 2 3 4
5 6 7 8 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31  

Brenks,yoxsa Smit?

100%
0%

Məhəbbət...

60%
0%
20%
20%