Görüşün vaxtı dəqiqləşdirildi
Çərşənbə, 18 Yanvar 2012
![]()
Azərbaycan, Ermənistan və Rusiya prezidentləri - ilham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan arasında növəti görüş yanvarın 23-də Soçi şəhərində keçiriləcək. ANS PRESS xəbər verir ki, bu barədə Rusiya Federasiyası prezidentinin rəsmi saytında məlumat yerləşdirilib. Qeyd edək ki, bu, tərəflər arasında 2008-ci ildən bəri Rusiyanın təşəbbüsü ilə baş tutan 10-cu görüş olacaq. Prezidentlər sonuncu dəfə ötən il iyunun 24-də Kazanda görüşmüşdülər. Baxış sayı: 65 |
Xəbərlər
Bloqlar |