ABŞ-ın Cənubi Qafqaz ölkələrinə ayırdığı yardımın məbləği açıqlandı
Çərşənbə, 21 Dekabr 2011
![]() ABŞ Konqresi 2012-ci ildə xarici ölkələr üçün nəzərdə tutulmuş yardım paketini təsdiqləyib. Siyahıda Cənubi Qafqaz ölkələri də yer alıb. ANS PRESS-in “Armtoday” portalına istinadən yaydığı məlumata görə, Birləşmiş Ştatlar Azərbaycana 16,6 milyon dollar, Gürcüstana 66 milyon dollar, Ermənistana isə 40 milyon dollar yardım ayırıb. Konqresin xarici yardımlar haqqında hesabatında Ermənistan və Azərbaycan üçün xarici hərbi maliyyələşmə, beynəlxalq hərbi təhsil və hazırlıq məqsədilə veriləcək yardımlarda bərabərliyin qorunmasının vacibliyi vurğulanır. Prezident Barak Obama isə xarici hərbi yardım məqsədilə hər iki ölkəyə 3 milyon dollar ayrılmasını istəsə də, beynəlxalq hərbi təhsil (FMF) və hazırlıq (İMET) məqsədilə Azərbaycana Ermənistandan 2 dəfə artıq (900 min dollar) yardım ayrılmasını tələb edib. Bundan başqa, ABŞ Qarabağ separatçılarına da yardım ayırıb. Birləşmiş Ştatların separatçı rejimə yardımı 2 milyon dollar təşkil edəcək. Eyni zamanda ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çağırıb. Baxış sayı: 97 |
Xəbərlər
Bloqlar |