İran Argentina tanqosu oynayır
Çərşənbə axşamı, 06 Dekabr 2011
![]()
Dünyanın iki ayrı qütbündə yerləşən iki ölkə sürpriz bir ittifaqa imza atıb. "Reuters" xəbər agentliyi xüsusi xəbərində Argentina və İran arasındakı yaxınlaşmanın Qərbi və İsraili narahat etdiyini söyləyib. İki ölkə İranın dəstəklədiyi "Hizbullah"ın 1994-cü ildə Beunos-Ayresdəki İsrail səfirliyinə hücum etməsinin ardından əlaqələri az qala haradasa sıfıra endirmişdi. Lakin İranın bu il mövzunu işıqlandırmaq üçün görüş masasına oturmağı təklif etməsiylə iki ölkə arasındakı buzlar əriməyə başladı. İki ölkə arasındakı ticarət bu il 70 faiz artaraq 1,5 milyard dollara çatdı. Qərbli diplomatlar Argentinanın da Braziliya tərzi bir xarici siyasəti nümunə götürdüyünü və inkişaf etməkdə olan ölkələrlə bağlarını gücləndirməyə çalışdığını söyləyirlər. Ayrıca Argentina lideri Kristina Fernandezin Venesuela və Bolivya kimi sol partiyaların iqtidarda olduğu ölkələrlə bağlarının güclü olmasının bu yaxınlaşmada təsirli olduğu təxmin edilir. Avropalı bir səlahiyyətli "Biz İranın nüvə silah istehsalını dayandırması üçün təzyiq tətbiq edərkən, Argentina tam tərsini edir" deyir. BMT Baş Assambleyasında bu il İran lideri Mahmud Ahmedinejad danışarkən Argentina səfirinin salonu tərk etməməsi diqqət çəkmişdi. İqtisadi sanksiya və siyasi izolyasiya çevrəsindəki İran isə Argentina sayəsində hər anlamda nəfəs alır. Milliyət Baxış sayı: 99 |
Xəbərlər
Bloqlar |