Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi
Çərşənbə axşamı, 25 Oktyabr 2011
![]() Azərbaycan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Oktyabrın 24-də BMT Baş Assambleyasında keçirilən səsvermə zamanı Azərbaycan BMT Baş Assambleyasında 193 dövlətdən 155-in səsini alıb. Şərqi Avropa ölkələri qrupunda Azərbaycanda mübarizə aparan Sloveniya səsvermənin 16-cı raundunda səs fərqi 40 səsə çatdıqdan sonra namizədliyini geri götürüb. Qeyd edək ki, Azərbaycan Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi dekabrın 31-də fəaliyyətə başlayacaq. Baxış sayı: 160 |
Xəbərlər
Bloqlar |