21 May 2012      
RU

Həmsədrlər tərəflərə yeni təkliflər təqdim ediblər

Çərşənbə axşamı, 25 Oktyabr 2011
Çap PDF faylını al

ATƏT-in Minsk qrupu həmsədrləri regiona oktyabrın 21-24-də baş tutan səfər zamanı Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında etimadın möhkəmləndirilməsi üzrə tədbirlər barədə bir sıra təklif təqdim ediblər. ANS PRESS-in məlumatına görə, həmsədrlərin yaydığı bəyanatda belə deyilir.

Bəyanatda deyilir ki, həmsədrlər səfər zamanı münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində gələcək irəliləyişin mümkün olması üçün danışıqların atmosferini yaxşılaşdırması, etibarın möhkəmləndirilməsi və atəşkəs rejiminin həyata keçirilməsinin zərurətini vurğulayıblar. Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsi İrəvanda, Bakıda və Azərbaycanın işğal olunmuş ərazilərində olublar. Onlar preziedntlər Serj Sarkisyan və İlham Əliyev, eləcə də, Dağlıq Qarabağ separatçılarının liderləri ilə görüşüblər.

Həmsədrlər oktyabrın 22-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttini piyada keçiblər. Bu, onların son 15 ay ərzində sayca dördüncü analoji tədbiridir.

"Bu hadisə qonşu xalqlar arasında daimi baryerin olmadığını bir daha üzə çıxarıb və tərəflərin istəyi olduğu təqdirdə hərbi əlaqələndirmənin mümkünlüyünü nümayiş etdirib", - bəyanatda deyilir.

Bəyanatın yekununda bildirilir ki, həmsədrlər noyabrın sonunda regiona növbəti dəfə səfər edəcəklər. Bu səfərin məqsədi tərəflərlə yuxarıda göstərilən tədbirləri işləyib hazırlamaq və tərəflər arasında gələcək görüşlərə zəmin yaratmaq üçün növbəti addımların müəyyən edilməsi məqsədilə öz işlərini davam etdirməkdir.

 



Baxış sayı: 124

ARXIV

< Oktyabr 2011 >
Bz. Çr Çr Cm. Şn Bz
          1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 26 27 28 29 30
31            

Brenks,yoxsa Smit?

100%
0%

Məhəbbət...

60%
0%
20%
20%