Rusiya prezidenti Qarabağ münaqişəsinin real çətinliklərini etiraf edib
Cümə, 21 Oktyabr 2011
![]() "Moskva Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dəstəyini davam etdirəcək, amma hər iki xalq razılığın əldə olunmasına səy göstərməlidir". Bunu Rusiya prezidenti Dmitri Medvedev gənclərlə görüşündə bildirib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi Avropada həlli mümkün olan dondurulmuş azsaylı münaqişələrdən biridir. Rusiya dövlət başçısı Azərbaycan və Ermənistan prezidentləri ilə keçiridiyi müntəzəm görüşlərin təəssüratlarını da bölüşüb: “Hər iki prezidentin ətrafı bir-biri ilə heç də pis dil tapmır, asanlıqla erməni dilindən Azərbaycan dilinə keçir və əksinə. Elə prezidentlərin özləri də aralarında dil tapa bilir. Bir masa arxasında oturanda onlar çox yaxşı ünsiyyət qurur”. Lakin bütün bunlara baxmayaraq D. Medvedev D. Qarabağ münaqişəsinin real çətinliklərinin olduğunu da etiraf edib. O, burada müxtəlif maraqların və hüquqi konstruksiyaların fərqli anlaşıldığını deyib. “Rusiya sözsüz ki, münaqişənin həllinə yardımçı olacaq. Bu iş davam edəcək”,-deyə Rusiya prezidenti əlavə edib. Medvedev qeyd edib ki, bu mürəkkəb, eyni zamanda həlli mümkün problemin həlli iki xalq və iki prezidentin xoş məramından asılıdır. "Əgər onlar bir-birini eşitsələr və bir-birinə doğru addım atsalar, kompromislər tapılar". ANS Baxış sayı: 120 |
Xəbərlər
Bloqlar |