21 May 2012      
RU

Qarabağa çoxmillətli missiya göndəriləcək?

Çərşənbə, 14 Sentyabr 2011
Çap PDF faylını al

BMT Baş Assambleyasının bu gün başlayacaq 66-cı sessiyasının gündəliyinə digər beynəlxalq problemlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi də daxil edilib. Sessiyanın iştirakçıları mövzu ilə bağlı iki məsələni – “GUAM məkanında həlli uzanan münaqişələr və onların sülh, təhlükəsizlik və inkişafa təsiri” və “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət”i müzakirə edəcək. Sənəddə ATƏT-in münaqişə zonasına təcili olaraq çoxmillətli missiya göndərməsi və məruzə hazırlaması təklifi irəli sürülüb.

Qeyd edək ki, “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” haqqında məsələ hələ 2004-cü ildə BMT Baş Assambleyasının gündəliyinə daxil edilib. 2008-ci ildə Baş Assambleya rəsmi Bakının təşəbbüsü ilə ilk dəfə qətnamə qəbul edərək erməni qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarmağa çağırıb. Məsələnin yenidən beynəlxalq təşkilatın gündəliyinə çıxarılması işğal faktının davam etməsi ilə əlaqədardır.

ANS



Baxış sayı: 141

ARXIV

< Sentyabr 2011 >
Bz. Çr Çr Cm. Şn Bz
      1 2 3 4
5 6 7 8 9 10 11
12 13 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30    

Brenks,yoxsa Smit?

100%
0%

Məhəbbət...

60%
0%
20%
20%