Moskva ilə Bakı Qəbələ RLS-nin icarə şərtlərini müzakirə edirlər
Cümə, 17 İyun 2011
![]()
Biraz əvvəl Azərbaycanda bildirilmişdi ki, gələn il icarə müddəti bitən stansiyanın icarə müqaviləsinin avtomatik uzadılması olmayacaq, yeni müqavilə yeni şərtlərlə təhciz edilməlidir. Bu o cümlədən stansiyanın icarəsinə görə haqqın məbləğinə də aid olmalıdır. Duma deputatlarının mövzuyla bağlı suallarına cavab verərkən Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin deyib ki, hələ sovet dövründə inşa edilmiş və vacib hərbi əhəmiyyətə malik Qəbələ RLS-nə görə Rusiya ildə 10 milyon dollar icarə haqqı ödəyir. İndi, nazir müavininə görə, icarə şərtlərinin modernləşdirilməsi üzrə danışıqlar gedir. Yaxınlarda Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bəyan etmişdir ki, Rusiyanın Qəbələ RLS-nin icarəsini uzatmağa marağı və stansiyanın beynəlxalq gərginliyin artması şəraitində əhəmiyyətinin yüksəlməsi müvafiq razılaşmanın şərtlərinin dəyişdirilməsini zəruri edir. Azərbaycanda yeni şərtlər deyəndə yeni daha yüksək icarə haqqı və xidmətlərə görə ödəmələrin olmasını nəzərdə tuturlar. Düzdür, qeyd olunduğuna görə, söhbət tək qiymətdən getmir, Bakıdan gələn bəyanatlara görə, Azərbaycan Qəbələ RLS-də maraqlı dövlətlərlə daha sıx əməkdaşlıqda maraqlıdır. Burada söhbət Rusiya və ABŞ-dan gedir. Rusiya cənub istiqamətindən mümkün raket buraxılışları haqda xəbərdarlıq edə bilən Qəbələ RLS-ni ABŞ-a birgə istifadə etməyi təklif etmişdi. Bunun müqabilində ABŞ Şərqi Avropada müvafiq sistemləri yerləşdirməkdən vaz keçməliydi. ABŞ təklifə müəyyən maraq izhar etsə də iş müvafiq razılaşmanın imzalanmasına çatmadı. BBC Baxış sayı: 283 |
Xəbərlər
Bloqlar |