Noyabr-dekabr aylarında Bakıda torpaq sahələri ucuzlaşa bilər
Cümə, 03 Sentyabr 2010
![]() İki ilə yaxındır davam edən ucuzlaşmadan sonra torpaq bazarında sabitlik yaranıb. “Əmlak bazarı iştirakçıları” İctimai Birliyinin məlumatına görə, son 1 ayda fərdi yaşayış evi tikmək üçün satılan torpaqların qiyməti 0,5 faiz artıb. Lakin birliyin üzvü Ramin Osmanov hesal edir ki, bunu seqment üzrə qiymət artımı yox, qiymətlərin sabitləşməsi hesab edilməlidir. Ekspertlərin fikirincə, bu ay qeydə alınan 0,5 faizlik qiymət artımı bazara baha torpaqların çıxarılması ilə bağlı idi. Ramin Osmanov torpaq bazarı qiymətlərinə təsir göstərən səbəbləri də izah edib. Onun sözlərinə görə, bu səbəblərdən biri qlobal maliyyə böhranı idi. Digər səbəb isə daxili proseslərlə bağlıdır. Belə ki, bu gün ipoteka kreditləşməsində torpağın girov kimi qəbul olunmaması onu dəyərdən salır. Bundan başqa, torpaq alqı-satqısında sənədləşmənin düzgün olmaması da bazara mənfi təsir göstərir. Ramin Osmanovun sözlərinə görə, hazırda paytaxıtın ikinci, üçüncü zonalarında torpaqlar bahalaşır. Bunlardan fərqli olaraq birinci zonada ucuzlaşma mövcuddur. Buna səbəb isə şəhər mərkəzində yeni inşaat layihələrinin reallaşmasıdır. Belə ki, hökumət buradakı torpaqları ucuz qiymətə aldığı üçün bazarda ucuzlaşma sürətlənir. Bununla belə, bazar iştirakçıları noyabr- dekabr aylarında torpaq bazarında qiymət azalmasının olacağını proqnozlaşdırır. Ən çox ucuzlaşmanın isə Bakıətrafı qəsəbələrdə olacağı gözlənilir. ANS Baxış sayı: 384 |
Xəbərlər
Bloqlar |